Tokio 2020-nin tennis yarışlarında daha bir sürpriz qeydə alınıb.
Fanat.Az xəbər verir ki, qadın tennisinin "2 nömrə"si olan yaponiyalı Naomi Osaka təklərin mübarizəsində 1/8 finalda uduzub.
Dünya reytinqində 42-ci sırada olan çexiyalı Marketa Vondrosovaya iki setin nəticəsində 1:6, 4:6 uduzan Naomi, Yay Olimpiya Oyunları ilə vidalaşıb.
Qeyd edək ki, 23 yaşlı raketka ustası Tokio 2020-nin açılış mərasimində Olimpiya məşəlini alovlandırmışdı.
Sahib Əsədbəyli