Sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" öz meydanında Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Fanat.Az xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Pedro Martins Bakıda keçirəcəkləri matçdan öncə mətbuat konfransında çıxış edib.
51 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson bu matçda iştirak etməyəcək. Ümid edirik ki, çətinliyin öhdəsindən gələcəyik. Yaxşı nəticəyə ümidimiz böyükdür. Bakıya heç-heçə yox, qələbə üçün gedirik. Oyunla bağlı heç bir sirrimiz yoxdur. Hər şey hazırlıqdan asılıdır. Komanda fiziki baxımdan sabit olmalıdır. Son məşqlərimizi tamamladıq. Əsas fikrimiz oyundadır. Bu matç xüsusi önəm daşıyır".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında keçirilən ilk görüşdə yunanlar 1:0 hesabı ilə qalib gəliblər.