Tokio 2020-də keçirilən boks turnirində maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, turnirin 1/8 finalında mərakeşli Yunus Bala (Younes Baala) Yeni Zelandiyadan olan rəqibi David Nyikanı dişləməyə cəhd edib.
Afrikalı idmançı qarşı tərəfin qulağını dişləməyə çalışsa da, rəqib vaxtında başını qaçırda bilib.
Qeyd edək ki, döyüş Yeni zelandiyalı David Nyikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Emin Şəmsiyev