Niderland millisinin üzvü Patrik van Anholt (Patrick van Aanholt) "Qalatasaray"la müqavilə bağlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış idman jurnalisti Nikolo Skira "Twitter" səhifəsində yazıb.
O bildirib ki, futbolçu artıq Türkiyəyə yola düşüb. İstanbul təmsilçisi Patrik van Anholt ilə 2024-cü ilə qədər sözləşmə imzalamağı planlaşdırır. Müqaviləyə əsasən, 30 yaşlı müdafiəçi ilinə 1,75 milyon avro qazanacaq.
Transferin 24 saat ərzində rəsmiləşəcəyi qeyd olunur.
Xatırladaq ki, "Kristal Pelas"dan ayrılan futbolçu Türkiyə klubuna azad agent kimi keçir.
Emin Şəmsiyev