Bu gün Varşava "Legiya"sı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emreli formasını geyindiyi Polşa təmsilçisi evdə 2:1 hesabıyla yendiyi Tallin "Flora"sı ilə rəqib meydanında qarşılaşacaq.
Emreli start "11-lik"də yer alacaq.
Mahirin komandası bu rəqibi mübarizədən kənarlaşdıracağı halda, ÇL-in 3-cü təsnifat mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Omoniya" (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Bakı vaxtı ilə 20:00-da start götürəcək matç Tallindəki "A. Le Kok Arena"da baş tutacaq.
Nihat