"Tottenhem Hotspur” müdafiəçisi Tobi Alderveyreldlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belçika yığmasının üzvü Qətərin "Əl-Duhail” klubuna transfer olunub. 32 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Tobi Alderveyreld 2015-ci ildən "Tottenhem”də çıxış edirdi. O, daha öncə "Ayaks”, "Atletiko” (Madrid) və "Sauthempton”da da top qovub.