"Sevilya"nın müdafiəçisi Jül Kunde "Çelsi"yə keçməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı insayder Fabritsio Romano şəxsi "Twitter" hesabında yayıb.
Mənbə fransalı oyunçunun qarşı tərəflə müqavilənin detalları ilə bağlı şifahi razılığa gəldiyini və müddəti 2026-cı ildə başa çatacaq anlaşmaya qol çəkəcəyini bildirib.
22 yaşlı Kunde daha öncə "Tottenhem Hotspur"un təklifini geri çevirmişdi.
O, 2019-cu ildən "Sevilya"da çıxış edir.
Nihat