Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Mundo Deportivo" xəbər qəzeti: "Atletiko Madrid" daha əvvəl Aleksandr Lakazetlə (Alexandre Lacazett) müqavilə imzalamaqdan imtina etsə də (Alexandre Lacazett) yenidən bu fikrinə qayıdıb. "Topçular" oyunçu ilə yollarını ayırmaq istəyir və böyük ehtimalla o, bu yay klubdan ayrılacaq.
"North Echo" xəbər agentliyi: "Nyukasl" "Lester"in futbolçusu Həmzə Çaudrini (Hamza Coudhury) heyətinə cəlb etməyə yaxındır.
İngilis yarımmüdafiəçi daha çox oyun təcrübəsi qazanmaq üçün "ağ-qaralar"a icarəyə getmək istəyir.
Baş tutmuş transfer xəbərləri:
Yevgeni Seleznyov (Evgeny Seleznev)
"Kolos"dan (Ukrayna) "Minay"a (Ukrayna)
Futbolçu yeni klubuna azad agent qismində gəlib. Ötən mövsüm "Şaxtyor"un yetirməsi 12 oyun keçirmişdir ki, bu oyunda beş qol və bir məhsuldar ötürmə edib. 2021/22 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Cüzeppe Petsella (Ciuseppe Pezzella)
"Parma"dan (İtaliya) "Atalanta" (İtaliya)
Mövsümün sonuna qədər icarədə olacaq. Ötən mövsüm 24 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Tobi Alderveyreld (Toby Alderweireld)
"Tottenhem"dən (İngiltərə) "Əl Duhail"ə (Qətər)
Transfer məbləği: 13 milyon funt sterlinq. Ötən mövsüm 35 oyun keçirib və yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.
David Akintola
"Midyulland"dan (Danimarka) "Adana Dəmirspor"a (Türkiyə)
Futbolçu 3 illik müqavilə imzalayıb. Ötən mövsüm "Hatayspor" da icarə əsasında 37 oyun keçirib 7 qol və eyni sayda məhsuldar ötürmə edib.
İvan Miladinoviç
"Soçi"dən (Rusiya) "Nijni Novqorod"a (Rusiya)
Futbolçu 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq. Keçən mövsüm 28 matç keçirib və 1 qol vurub.
Emin Şəmsiyev