Tokio-2020-də Çinə ağırlıqqaldırmada 49 kiloqram çəki dərəcəsində qızıl medal qazandıran Hou Zhihuinin fotoları qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, Çinin Sri Lankadakı səfirliyi "Twitter" hesabında paylaşım edərək məşhur "Reuters" agentliyini qərəzli olaraq, bu ölkənin idmançılarını çirkin göstərməyə çalışdığını iddia edib. Səfirliyin paylaşımında deyilir: "O qədər şəkilin içərisindən bunu seçdiniz. Siyasəti və ideologiyanı idmana gətirib özünüzü tərəfsiz media qurumu adlandırmayın. Utanmazlıq!"
Bundan əvvəl Çində yayımlanan "Global Times" qəzeti Tokio Olimpiyadası ilə bağlı xəbər yayan qərb mediasını bu kimi fotolarla ölkələrini hədəf almaqda ittiham etmişdi. Asiya ölkəsində sosial media Zhihuinin "ştanq" qaldıran anda çəkilən fotosunun üzündəki zorlanma ifadəsini xatırlatdığı vurğulanır.
Mirağa