Yaponiyanın kişilərdən ibarət cüdo yığmasının Tokio 2020-dəki "qızıl" seriyası qırılıb.
Fanat.Az xəbər verir ki, yarışların ilk 4 günündə bütün çəki dərəcələrində baş mükafata yiyələnən ev sahibləri bu gün baş tutan 90 kq çəki üzrə mübarizədə uğurun ardını gətirə bilməyib.
Şoiçiro Mukayi 1/8 finalda macarıstanlı Kristian Tota uduzub.
Beləliklə, o, təsəlliverici mərhələyə qatılmaq imkanını da itirib.
Qeyd edək ki, Yaponiyanın kişilərdən ibarət cüdo seçməsi Tokio 2020-nin geridə qalan günləri ərzində əvvəlki üç Olimpiadadada (Pekin 2008, London 2012, Rio 2016) toplam qazandığı sayda "qızıl" əldə edib.
Sahib Əsədbəyli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol