12:57 28.07.2021 1069

“Sabah” da, Bəhlul da “Əl-Əyn”dən təzminat ala bilər” – İSLA assosiasiyasının vəkili

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Əyn” klubunun Bəhlul Mustafazadənin transferindən son anda imtina etməsindən həm "Sabah” klubu, həm də futbolçu açıqlama yayaraq, ərəblərdən FİFA-ya şikayət etməyə hazırlaşdıqlarını bildirib. Çəkişmə aktuallığını qoruyur. Bu baxımdan cavabını gözləyən bəzi suallar var. Hər iki tərəf - həm "Sabah", həm də Bəhlul ərəblərə qarşı tələb irəli sürə bilərmi? Ümumiyyətlə, hüquqi prosedur necədir? "Sabah”la Bəhlulun istəyinə çatması nə dərəcədə realdır?   

Fanat.Az saytı hamını düşündürən bu suallara cavab tapmaq üçün  İSLA – Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının üzvü, tanınmış vəkil Fərid Haqverdiyevə tribuna verib. Vəkil klub-klub, klub-futbolçu çəkişməsinin perspektivi ilə bağlı bütün suallara aydınlıq gətirib.

"Sabah” klubu və "Əl-Əyn” arasında yazılı müqavilə imzalanıbsa və Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi anlaşmanın şərtlərinə aid öhdəlik götürübsə, FİFA lehimizə qərar verə bilər. Deyək ki, müqavilədə öhdəlik götürülüb ki, filan tarixə qədər ödəniş ediləcək, ancaq indi imtina edir, transfer baş tutmuş sayıla bilər və belədə "Əl-Əyn” təzminat ödəyəcək. Şərt deyil ki, bu, müqavilədə göstərilən transfer məbləği olsun. Az da ola bilər. Bir növ zərərin qarşılanması niyyəti ilə kompensasiya müəyyənləşdirilə bilər. 

Ümumiyyətlə, belə hallar çox baş verir. Məsələn, Lakazetin "Liverpul”a transferi son anda baş tutmayıb, yaxud De Xeyanın sənədləri gəlməyib. Adətən, transferin baş tutması üçün TMS adlanan sistemə düşən anlaşmalar rəsmiyyət qazanır. Onlayn sistemdi, bütün transferlər ordan keçir. Transfer vərəqələri orda verilir, əvvəlki və yeni aasosiasiyaların razılığı orda görünür. Əgər bunlar baş verməyibsə, "Əl-Əyn” klubu yazılı müqaviləyə baxmayaraq, təzminatdan boyun qaçıra bilər. 

Bəhlulun məsələsinə gəldikdə, bəli, o da FİFA-ya şikayət ünvanlaya bilər. Çünki klubla klub arasında məsələ öz yerində, futbolçu-klub problemi ayrıca araşdırıla bilər. Hər iki tərəfin imzaladığı müqavilə varsa, futbolçunun tələb irəli sürmək haqqı var. Mən birmənalı demirəm ki, "Sabah” və ya Bəhlul Mustafazadə nəticə əldə edəcək, bu, müəyyən qədər müəmmalıdır. Sona qədər getmək, lazım gələrsə, işi İdman Arbitraj Məhkəməsinə (CAS) keçirmək olar. 

Qeyd etdiyim kimi, müqavilənin detallarından çox şey asılıdır. Ancaq FİFA əksər vaxt oyunçuların tərəfində olur, üstünlüyü onlara verir. Sadəcə, Bəhlul sübut edə bilməlidir ki, "Əl-Əyn”in imtinası onu pis vəziyyətdə qoyub. Bildiyimə görə, Bəhlul da şikayətində klubsuz qaldığını, hazırlıqlarda iştirak etmədiyini göstərib. FİFA belə vəziyyətdə nəzərə alır ki, "transfer pəncərəsi” bağlanıbmı? Yəni futbolçu ümumiyyətlə klub tapa bilməyibsə, bu daha əsaslı sayıla bilər. Bəhlul üçün hələ belə imkan var. Hətta futbolçu indi istədiyi klubla müqavilə imzalaya bilər. Çünki azad agentdir, "Əl-Əyn” də onu öz oyunçusu hesab etmir. 

Mənim vəkillik təcrübəmdə buna bənzər hal olub. Özbəkistanda bir klubla müqavilə bağlanmışdı və TMS üzərindən keçmişdi. Orda da klub son anda futbolçudan imtina etmişdi. Məbləğ cüzi idi, klub onu ödədi və futbolçu sərbəst qaldı. Daha bir örnək olaraq, Emilyano Salanı göstərə bilərəm. Uelsin "Kardiff Siti" klubu FİFA-ya təyyarə qəzasında dünyasını dəyişən futbolçu üçün Fransa "Nant"ına, həmçinin, mərhumun ailəsinə heç bir məbləğ ödəməyəcəyini bildirirdi. Amma Salanın adı TMS sisteminə düşdüyü üçün beynəlxalq futbol qurumu müqaviləni tanıdı və "Kardiff Siti” təzminat ödədi. Baxmayaraq ki, futbolçu Uels klubunda bir oyun belə keçirməmişdi”.   

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

Facebookdan bizi izləməyi unutmayın.
X