Azərbaycan boksçusu Alfonso Dominqes(81 kq) Tokio 2020-də ilk döyüşünü keçirib.
Fanat.Az xəbər verir ki, millimizin Kuba əsilli üzvü 1/8 finalda son dünya çempionatının gümüş mükafatçısı özbəkistanlı Dilşod Ruzmetovla üz-üzə gəlib.
Minsk 2019 II Avropa Oyunlarının qalibi olan 26 yaşlı təmsilçimiz rəqibini məğlub edib - 4:1
Alfonso yarımfinala vəsiqə uğrunda türkiyəli Bayram Malkanla qarşılaşacaq. Döyüş iyulun 30-da baş tutacaq.
Sahib Əsədbəyli