19:38 28.07.2021 266

"Mərhələ keçsək..." - Ayxan Abbasov

"Meydan amili və azarkeşlər üstünlüyümüzdür. Çalışacağıq ki, azarkeşləri sevindirək".

Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiya "Çukariçki"sinə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, ev matçında dəyişiklik olması gözlənilir: "Ola da bilər, olmaya da. Oyunçularımızın durumu da önəmlidir. Futbolçularımız hələ tam hazır deyillər. Zədəlilərimizin olmaması sevindiricidir".

Onun sözlərinə görə, Serbiyadakı ilk qarşılaşmada sırf müüdafiə olunmaq istəmirdilər: "Bizi buna rəqib məcbur etdi. Çox üstümüzə gəldilər. Xüsusən sol cinahdan. Rəqibin üstün tərəflərinə toxunmuşduq. Elə futbolçuları var ki, konsentrasiyamızı itirsək, nəticəyə təsir edəcək gücdədirlər. Hər kəsə şans verə bilərik. Çalışacağıq ki, bu rəqabət davam etsin. Futbolçuların inkişafı üçün onların rahatlığını təmin etməliyik.".

Abbasov bu cür turnirlərdə hər şeyi fikirləşməli olduqlarını vurğulayıb: "Sırf oyunu əlavə vaxta aparmağa yox, öz çıxışımıza köklənmişik. Hücumda Əli Qurbani ilə yanaşı, Xəzər Mahmudova da şans verməyi düşünürük. Komanda şəklində hücumda olmağı planlaşdırırıq".

"Sumqayıt"ın transfer siyasətinə də toxunan baş məşqçi bəzi futbolçuları ala bilməmələrinin büdcə ilə bağlı olduğunu deyib: "İlk dəfədir ki, heyətin çox hissəsini saxladıq. İstəyirik ki, "Sumqayıt"a heç kim tramplin kimi baxmasın. Ötən illərə nisbətən heyətin özəyini qoruduq. İndi isə daha da güclənmək istəyirik. Çempionat uzun marafondur, yenə futbolçular lazım olacaq".

O, mərhələ keçmək barədə rəhbərliklə danışmadığını əlavə edib: "Məqsəd qoyulmayıb ki, turu keçsəniz, oyunçu alınacaq. Gələcək planlar barədə də düşünürük. Mərhələ keçsək, klubumuz üçün böyük üstünlük olacaq".

Abbasov rəqib futbolçuların açıqlamalarına da münasibət bildirib: "Hər deyilənə cavab versək, düzgün olmaz. Mən oyunu təhlil etmişəm. Üstünlük onlarda olsa da, yüzfaizıik qol epizodları olmadı. Hücum planında istəyimizi edə bilmədik. Bunun da müxtəlif səbəbləri var. Mən də futbolçularıma bildirmişəm ki, turu keçmək gücümüz var. Məncə, öz oyunumuzu göstərə bilsək, mərhələ keçə bilərik".

Qeyd edək ki, iyulun 29-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Çukariçki" oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə hesab açılmayıb (Report.az).
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2021
17:17

TOP çempionatlar: Poqba ötürmə ustasıdır - STATİSTİKA

17:11

Azərbaycan millisi Stiven Kenninin qovulmasına səbəb ola bilər

16:35

"Vüqar Həşimov" Nicat Abbasovun komandasına qarşı

16:17

I Divizionda "təcili" yubanma

15:17

Namik Ələsgərovun yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

15:02

"Pikeni hücumda oynadan adam kimi adam" - Məşqçiyə kinayə

14:28

36 yaşı var, oynamağına bax

14:12

Lempardın dramatik qolu - VİDEO

13:51

Rafael Ağayev və İrina Zaretska Moskvaya gedir

13:35

APL: Keşlədə başlayıb Sumqayıtda bitəcək

13:20

AFFA Cavadovu təbrik etdi

13:12

İspaniya La Liqası VI tur: Tur lider dəyişikliyi ilə başlaya bilər

12:40

Markos Alonso: "Diz çökməyəcəm"

12:30

Türkiyə Superliqası VI tur: "Adana Demirspor"un "Beşiktaş" sınağı

12:12

Millimizin lideri son görüşlərini keçirəcək

12:02

Məşqçisi Nəriman Abbasov üçün nə istədi? - "Sahib çıxsınlar"

11:59

İngilis futbolçu Polşa millisini seçdi

11:45

İtaliya A Seriyası V tur: "Fiorentina" "İnter"i qonaq edəcək

11:28

"Omoniya" əlavə vaxtda sevindi

11:20

Transfer şayiələri: Saka uğrunda mübarizə

11:14

Zabit Səmədov növbəti döyüşünə çıxacaq - FOTO

11:05

UFC Həbibi təbrik etdi - FOTO

10:58

40-cı qol, 5-ci dubl

10:44

"Bursaspor" Tamer Tunadan imtina etdi - SƏBƏB

10:28

Elnur Əşrəfoğlunun son durumu açıqlandı

10:15

Almaniyadan qovulan "Kayrat"ın sabiq çalışdırıcısı Kiprə üz tutdu

09:52

"Vüqar Həşimov" uğurun ardını gətirə bilmədi

09:48

"Qarabağ"ın rəqibi "ayın ən yaxşısı" seçildi

09:35

Millimizin hücumçusu Portuqaliyada qol hesabını açdı

09:24

Ozobiç - "Sumqayıt" 2:0 - VİDEO

08:15

İsgəndərlinin komandası sonuncu pilləyə yuvarlandı

08:00

Araz sabiq klubuna uduzdu

01:42

"Barselona" evdə xal itirdi - VİDEO

01:07

La Liqa: "Barselona" son dəqiqədə məğlubiyyətdən xilas oldu

00:57

“Qarabağ”da daha bir itki

00:04

A Seriyası: "Napoli"dən şou

20 Sentyabr 2021
23:51

"Sumqayıt"ın baş məşqçisi: "Bəzi epizodlarda sonluq çatmadı"

23:42

Qurban Qurbanov: "Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik"

21:53

Azərbaycana bir mərmi atsa, İran bir həftəyə Azərbaycan olar! - VİDEO

21:46

Qurban Qurbanov: "Onun bugünkü formasından razı deyiləm"

Facebookdan bizi izləməyi unutmayın.