08:00 29.07.2021 408

"Neftçi"ni Buludov sarsıtsa da...

Yunıstandan minimal hesablı məğlubiyyətlə qayıdan "Neftçi"nin "Olimpiakos"u Bakıda uda biləcəyinə az da olsa, ümid var idi. Düzdür, Samir Abasovun komandası əsas qol ümidini - birinci matçda ciddi zədə alan Namiq Ələsgərovu itirmişdi. Bununla belə, səfərdə zəif təsir bağışlamayan "ağ-qaralar"ın öz meydanında adından söz etdirəcəyinə inanalar da yox deyildi.

Bakılılar mümkün qədər diqqətli oynamalı, fərdi səhvlərə yol verməməli, komanda şəklində inamlı mübarizə aparmalıydı. Lakin ilk dəqiqələrdən ortaya qoyulan futbol "Neftçi" adına yaxşı sonluq vəd etmirdi. Abasov yetirmələrini meydana 5-3-2 düzülüşü buraxmış, yeni transfer Romen Baska müdafiənin sağ, Ömər Buludova sol cinahında yer vermişdi. Nominal forvard mövqeyində isə kimin yer aldığını anlamaq olmurdusa, Bakı təmsilçisinin cinahlarda üstünlüyü ələ keçirməyi planlaşdırdığı aşkar sezilirdi.

Oyuna 4-3-3 sxemi ilə başlayan "Olimpiakos"un əsas məqsədinin vacib qolu vurmaq və oyuna nəzarəti əldən vermədən hədəfinə çatmaq istəyini anlamaq çətin deyildi. Buludovun buraxdığı uşaq səhvindən sonra 15-ci dəqiqədə hesab açıldı. Həmin epizodda vəziyyəti lazımınca sığortalaya bilməyən digər futbolçuların da günahı var idi. Ömərin "hədiyyə"sindən sonra cərimə meydançasına girən rəqib qarışıqlıq zamanı özünü itirən müdafiəçilərə düşünmə sürətinin və sonadək mübarizənin nə demək olduğunu göstərdi. Az keçməmiş axsamağa başlayan Buludovun zədəsinə gəlincə, o hələ oyun başlamamış Kriştianu Ronaldusayağı isinmə hərəkəti edərkən topuğu yüngülvari burxulmuşdu...

Xoşbəxtlikdən qapıçıya başla ötürmə vermək planı uğursuzluqla nəticələnən Buludov avtoqol müəllifi olmadan əvəzləndi və "Neftçi" onsuz qalandan sonra qismən diribaş göründü. Bu başqa məsələ ki, formada olmayan Bask birəbir mübarizələrdən məğlub çıxır, Sabir Buqrin potensialından aşağı çıxışla diqqət çəkir, Emin Mahmudovun ötürmələri tez-tez ünvanına çatmırdı.

"Olimpiakos"un meydanın rəqibə aid olan hissəsində güclü pressinq tətbiq etməməsi "Neftçi"nin ikinci zonada topla sərbəst davranmasını şərtləndirən əsas amil kimi qabardılmalıdır. Qoldan sonra 5 müdafiəçi ilə oynamağa başlayan yunanlar Bakı təmsilçisini öz qapısından mümkün qədər uzaqda qarşılayır, "ağ-qaralar" uzun ötürmələrlə cinahlardan həmlə etməyə çalışarkən süni oyundankənar vəziyyətlərin necə yaradıldığını inamla sərgiləyirdilər.

Şübhəsiz, heyətindəki futbolçuların fərdi ustalıq səviyyəsi üstün olan Ellada təmsilçisinin qapısına qol vurmaq mümkünsüz missiyaya bənzəmirdi. Ancaq "çərçivə"yə düşməyə çətinlik çəkən, cərimə meydançasının həndəvərindən effektli zərbələr endirməyə bacarmayan və ən əsası, Ələsgərovsuz çox "dişsiz" görünən "flaqman" belə futbolla daha çox xoş təsadüflərə bel bağlamalıydı.

Oyunun sonlarına yaxın Samir bəyin şans verdiyi adlar - Fəhmin Muradbəyli, Xəyal Nəcəfov və İsmayıl Zülfüqarlı "yeni nəfəs" baxımından işə yarasalar belə, bu, Azərbaycan çempionunun yenilgidən qurtulmasına kifayət etmədi. Bacardığı və rəqibinin imkan verdiyi qədər mübarizə aparan "Neftçi" öz meydanında da səfərdəki hesabla uduzub Çempionlar Liqası ilə vidalaşdı.

Nihat
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

17 phrase_var_core.september 2021
23:11

Türkiyə Superliqası: "Fatih Karagümrük"dən səfərdə şou

17:51

Tyeri Anri: "Tottenhem"i tanımıram"

17:37

Liqa 1: "Strasburq" "Metz"lə üz-üzə

17:10

A Seriyasında V tur start götürür

16:50

Dünya çempionatına 9 cüdoçu ilə

16:41

La Liqa: "Kadis" "Selta" səfərində

16:28

"Qarabağ"dan Xayme açıqlaması: "Əməliyyat qaçılmazdır"

16:25

"Tottenhem"in futbolçusundan etiraf: "Mançester Yunayted" azarkeşi olmuşam"

16:09

Almaniya Bundesliqası: V tura start verilir

15:55

İPL: "Nyukasl" "Lids"ə qarşı

15:48

AFFA İntizam Komitəsinin sədri: "Təhqirlər təkrarlansa, klublar cərimələnəcək"

15:32

"Nike" AFFA-ya top verdi

15:16

Cavid Hüseynov karyerasını bitirir: Klub yaratdı

14:57

Azərbaycanlı dünya çempionuna hökm oxundu

14:44

UEFA “Qarabağ”a 3 milyon avro ödədi

14:29

Məşhur cüdoçularımıza yeni titullu rəqib

14:20

AFFA “Qarabağ”a xəbərdarlıq etdi

14:12

UEFA "Qarabağ"ın oyunu ilə bağlı sorğu keçirir

13:55

"Futbolun Qurban Qurbanova bir "play-off" borcu var" - Nurlan İbrahimov

13:29

Mourinyu "5:1"lik qələbədən narazı qaldı

13:01

"Barselona" müflisliyin bir addımlığında

12:40

Dünya çempionu qətlə yetirildi

12:37

Fatih Terimdən "İtalyanca şou": Mətbuat konfransına damğa vurdu

12:27

"Qolu mən vuracağam, ya başqası, fərq eləmir" - Emin Mahmudov

12:12

"Mançester Yunayted" Bruno ilə bağlı qərar verdi

11:54

Mourinyu Pelleqrini ilə danışacaq

11:35

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat yazdı

11:30

Premyer Liqamızda iki oyunun təyinatları açıqlandı

11:09

Dünyanın ən titullu futbolçusu klubundan ayrıldı

10:50

CAS dördqat Olimpiya çempionunun məşqçisinə "yox" dedi

10:32

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

10:16

Konfrans Liqası: Həftənin futbolçusu adına namizədlər

10:00

"Kənan Kərimov "Karvan"ı bərpa etmək niyyətindədir" - MÜSAHİBƏ

09:00

"Çelsi"nin futbolçusunun evi qarət olundu - FOTOLAR

08:00

Məsut Özil: "Yalnız "Fənərbağça!"

01:19

"Fənərbağça" 1 xala razılaşdı - VİDEO

01:14

Konfrans Liqası: Rəqiblərimiz "sülh" bağladı, "Roma"dan "qol yağışı"

00:59

Avropa Liqası: "Qalatasaray"dan qələbə, "Fənərbağça"dan heç-heçə

00:03

"Qalatasaray" İtaliya klubunu belə yendi - VİDEO

16 phrase_var_core.september 2021
23:28

"Bazel"in baş məşqçisi: "Qarabağ" 90 dəqiqə daha üstün oldu"

phrase_var_core.fb