11:03 29.07.2021 229

"Keşlə"nin şansı yoxdur" - Novruz Əzimov

Çempionlar Liqasında mübarizəni dayandıran "Neftçi"nin ardından, bu gün diqqətlər UEFA Konfrans Liqasında ölkəmizi təmsil edən üç kluba - "Qarabağ", "Sumqayıt" və "Keşlə"yə yönələcək. 

Ötən həftə Serbiyadan qolsuz "sülh"lə dönən "Sumqayıt"  "Çukariçki"ni, ilk oyunu səfərdə keçirib darmadağına məruz qalan "Keşlə" Rusiya təmsilçisi "Soçi"ni qonaq edəcək, Bakıda rəqibin müqavimətini qıra bilməyən "Qarabağ" isə rəqib meydanında İsrail "Aşdod”uyla üz-üzə gələcək.

Azərbaycanın tanınmış futbol mütəxəssisi Novruz Əzimov Fanat.Az-a açıqlamasında klublarımızın şanslarını dəyərləndirib:

"Aşdod" - "Qarabağ" 

"Qarabağ"ın İsrail təmsilçisi ilə oyununu stadionundan izləyirdim. Komandamızın qol imkanları çox oldu. Təəssüflər olsun ki, bunların heç birindən yararlana bilmədilər. İnanıram ki, Qurban Qurbanovun komandası cavab görüşündə sözünü deyəcək. Birinci oyunda rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Sadəcə, hava həddindən artıq isti idi. Futbolçular hərəkətli olmaqda çətinlik çəkirdilər. Oynamaq ağır idi. Bundan başqa, "Qarabağ"a qayıdan Ramil Şeydayevin hücumda effektli oynamamasını da qeyd edərdim. Hücumları kəskinləşdirə, düzgün mövqe seçə bilmirdi. Bununla belə, cinah oyuçularının hesabına, eləcə də standart vəziyyətlərdən təhlükəli vəziyyətlər yarada bilirdilər. Xüsusilə ilk yarıda "Qarabağ"ın  sol cinahı rəqibə xeyli başağrısı oldu. Hesab edirəm ki, səfərdə oynamasına baxmayaraq, "Qarabağ"ın qələbə şansı 70-30-adır".

"Sumqayıt" -" Çukariçki"

"Sumqayıt" səfərdə rəqiblə başabaş mübarizə apardı. Komanda müdafiədən oynayıb sürətli əks-hücumlara üstünlük verirdi. Hesab edirəm ki, həmin oyunda müdafiə işinin öhdəsindən gəlməyi bacardı. "Sumqayıt"ın evdə adət etdiyimiz aqressiv oyuna üstünlük verəcəyini düşünürəm. Doğma meydanda oynaması əlavə üstünlükdür. Sumqayıtlıların qələbə qazanacağına inanıram və mərhələ keçmək şanslarını 60-40-a qiymətləndirirəm".

"Keşlə" - "Soçi" 

"Keşlə"nin qələbə qazanıb mərhələ keçəcəyinə inanmıram. "Soçi" çox güclü komandadır. Bunu ilk oyundakı nəticə də göstərir. Söhbət "Keşlə"nin hazırlığının zəif olmasından da getmir. "Soçi" kompakt komandadır. Ruslar bizimkilərdən iki baş, üç baş üstün komandadır. Rəqib meydanında 3 top fərqi ilə uduzdular. Daha böyük hesab qeydə alına bilərdi. Qapıçımız dəfələrlə fərqin artmasına əngəl oldu. "Keşlə"nin şansı yoxdur". 

Mirağa
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
17:23

"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

17:09

PSJ üçün şad xəbər: Messi geri döndü

16:46

Parisə hansı cüdoçularımız gedəcək?

16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

10:53

"Fənərbağça"nın sabiq futbolçusu cinayətdə şübhəli bilinir

10:30

DÇ-nin yarımfinalçıları müəyyənləşdi

10:22

Çempionlar Liqası: PSJ "Mançester Siti"yə, "Ayaks" "Beşiktaş"a qarşı-  YENİLƏNİR

10:15

Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı

10:03

PSJ-nin yeni transferi ÇL-də debüt edə bilər

09:45

"Kəpəz"də seminar

09:03

Mahir tənqid olundu: "Qol vurmamaq günah olardı"

08:00

"Mbappe İspaniyada oynasaydı, "Qızıl topu qazanmışdı"

01:06

İPL: Qonaqlar 90+5-ci dəqiqədə qurtuldu

01:00

La Liqa: "Selta" uzatma dəqiqələrində sevindi

00:43

A Seriyası: Günün tək matçında bərabərlik

00:40

Çempionlar Turu: Şahmatçılarımız yenə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.