"Qarabağ" klubu yeni transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Ağdam təmsilçisinin rəsmi saytı yayıb.
Komanda millimizin üzvü Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalanıb.
24 yaşlı müdafiəçi "Qarabağ"da 13 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, bir neçə gün öncə
saytımızda BƏƏ "Əl Əyn" klubuna keçidi baş tutmayan Bəhlulun "Qarabağ"la anlaşacağını yazmışdıq.