13:13 29.07.2021 315

“Neftçi”nin məğlubiyyəti sosial şəbəkədə

Çempionlar Liqasında mübarizəni dayandıran "Neftçi”nin məğlubiyyəti sosial şəbəkələrdə fərqli reaksiyalara səbəb olub. Kimisi sərt tənqid edib, kimisi gileylənib, kimisi də dəstək nümayiş etdirəb. "Qarabağ"ın azarkeşləri kimi atmaca atanlar da var...
 
Fanat.Az oyundan sonra "Facebook” şəbəkəsindəki həmin paylaşımlardan bir neçəsini təqdim edir:

İlkin Xəlilov (idman jurnalisti): "Əgər hücumda son nöqtəni Ömər Buludov (???) qoymalıdırsa, o komandadan nə gözləyəsən??? "Neftçi" rəhbərliyi, o azarkeşə heçmi yazığınız gəlmir??? Hücumçusuz, qapıda Aqil Məmmədovla qrup mərhələsinə getmək istəyirsiz?? (((.. Yazıqlar olsun sizə, futbolumuzun flaqmanı dedilər. Məqsədiniz Konfrans Liqasının qrupudursa, elə 3-4 cü yeri tutub, gedib orada oynayardız.. Bəyənmədiyiniz "Qarabağ" illərlə "Tvente", "Yanq Boyz", "Kopenhagen" üzərində güclü olduğunu göstərib, o reytinqi qazandı. 15 il əvvələ kimi fındıq - şabalıdı ilə tanınan kiçik Qəbələ rayonu "Lill", Panatinskos" qələbələri ilə futbolda özünü tanıtdı.... Neftçi isə adına layiq əzəməti Olimpiakos qarşısında göstərə bilmədi.. Xəsis, iddiasız rəhbərliyə görə, 8 ildə bir çempionluq, onda da qapıçısız, hücumçusuz qrupa düşmək istəyirsiz... Eh...”

Toğrul Həmzə (azarkeş): "Neftçi”, yupiterdən də görsənir ki, "zamen”də meydana girməyə oyunçu yoxdu. Neyniyək, nətər edək ki, təzə transfer olunsun? Kimə yazaq, kimə müraciət edək? Ya da verin nömrəsini, biz danışaq oyunçuyla, bəlkə razı saldıq. Nətəhər edək axı???”

Anar Şabanoğlu (idman jurnalisti): "İstəklərlə imkanlar uyğun gəlmədi. Amma reallıq nə qədər acı olsa da, barışmalıyıq. "Olimpiakos" nə qədər zəif təsir bağışlasa da, bu "Neftçi"nin qalib gələcəyi rəqib deyil. Yunanlar özünü çox da yormadan mərhələ keçdi. Püşkdən sonra hamı darmadağın olacağımızı düşünürdü. Etiraf etməliyik ki, yaxşı qurtardıq. "Neftçi"nin ÇL öncəsi transfer siyasətinin iflasa uğradığını da etiraf etməliyik. Ceyhun Sultanovun topladığı heyət - "Arsenal"ı keçən komanda indikindən daha güclü idi. Emin Mahmudovun oyunu alınmayanda "Neftçi" "Səbail"dən ciddi fərqlənmir. Namik Ələskərovla Emin olmasa, bu komanda ölkə çempionatında avrokuboka vəsiqə verən yerlər uğrunda da mübarizə apara bilməz. Yeni və uğurlu transferlər alınmasa, "Neftçi" çempionluğu qoruya bilməyəcək. ÇL-dən sonra qalan avrokubokların ləzzəti yoxdu. Ümumiyyətlə, digər turnirlər ləğv edilsə, məncə, ən doğru qərar olar. İkinci dərəcəli yarışlarda klublarımıza uğurlar arzulamaqdan başqa çarəmiz yoxdu. Heyf...”

Anar Xanlarov (idman jurnalisti): "Neftçi"nin "Olimpikaos" səddində ilişməsi normaldı. Büdcə, heyət, Avropa təcrübəsi sözünü dedi. "Neftçi" bacardığı qədər çalışdı ki, nə isə etsin, amma alınmadı. Namiqin və müdafiə xəttinin yoxluğu da sözünü dedi. Müdafiədəki problemləri hələ "Dinamo" ilə ilk oyundan deyirik, yazırıq. Bu cür müdafiəçilərlə Çempionlar Liqasında uzağa getmək mümkün deyil. Amma Avropa Liqasında HİK səddini keçmək olar. Hər halda, Finlandiya klubu "Olimpiakos" deyil. 
Bir də Samir Abasov haqda kiçik qeyd. Bu məşqçinin məşqçiliyini "Sumqayıt"dan bəyənirəm və daim dəstək vermişəm. Məşqçi kimi öz üzərində çox işləyir. Amma unutmaq olmaz ki, məşqçi həm də psixoloq olmalı, fəaliyyəti dövründə medianı, azarkeşləri, geniş publikanı da nəzərindən qaçırmamalıdır. Məhz bu baxımdan Samirdə hələ də axsama var. "Olimpiakos"la oyundan sonra deyib ki, "tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir". İlk növbədə, məşqçi futbolçuları haqda bu cür açıqlama verməməlidir. Məsələn, hamı bilir ki, "Sumqayıt"ın heyətində yer alanların 70-80 faizi heç bir kluba lazım olmayan futbolçulardı. Amma dünən Ayxan Abbasov mətbuat konfransında futbolçularını elə qiymətə mindirdi ki. Bir anlıq çaşdım ki, bəlkə həqiqətən bu futbolçuların böyük potensialı var, mən bilmirəm. Yəni Ayxan özü problemi gözəl bilsə də, media, ictimaiyyət önündə futbolçularını gözdən salmır. Amma Samir deyir ki, "tankın qabağına tapança ilə çıxmışıq". Unutmaq olmaz ki, bir həftədən sonra HİK-in qabağına həmin bu "tapançalar"la çıxacaqsan, əlində başqa heyətin yoxdur. Bu gün "tapança" dediyin futbolçunu isə sabah HİK-lə oyuna kökləmək çox çətin olacaq. Çünki bunları futbolçular da oxuyur və özünü zəif, aşağılanmış sayır. O psixologiya ilə özünə inam itir və oyuna köklənə bilmir. Ona görə bu tip açıqlamalara ehtiyac yox idi”.




Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
16:46

Parisə hansı cüdoçularımız gedəcək?

16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

10:53

"Fənərbağça"nın sabiq futbolçusu cinayətdə şübhəli bilinir

10:30

DÇ-nin yarımfinalçıları müəyyənləşdi

10:22

Çempionlar Liqası: PSJ "Mançester Siti"yə, "Ayaks" "Beşiktaş"a qarşı-  YENİLƏNİR

10:15

Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı

10:03

PSJ-nin yeni transferi ÇL-də debüt edə bilər

09:45

"Kəpəz"də seminar

09:03

Mahir tənqid olundu: "Qol vurmamaq günah olardı"

08:00

"Mbappe İspaniyada oynasaydı, "Qızıl topu qazanmışdı"

01:06

İPL: Qonaqlar 90+5-ci dəqiqədə qurtuldu

01:00

La Liqa: "Selta" uzatma dəqiqələrində sevindi

00:43

A Seriyası: Günün tək matçında bərabərlik

00:40

Çempionlar Turu: Şahmatçılarımız yenə uduzdu

00:12

Yap Stam qovuldu

00:04

Dünya çempionatı: Millimiz Hindistan və Ermənistanla heç-heçə etdi

Facebookdan bizi izləməyi unutmayın.