13:34 29.07.2021 2601

Elnur Məmmədli millimizin uğursuzluğundan danışdı: "Pandemiya və püşk səbəb deyil"

"Bizim komanda sadəcə psixoloji cəhətdən yarışa hazır deyildi. Uşaqlar özlərinə güvənsəydilər, nəticələr qat-qat yaxşı olacaqdı".

Bunu Fanat.Az-ın millimizin Tokio 2020-də uğursuz çıxışı ilə bağlı sualını cavablandırarkən, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib. 

Qurum rəsmisi Yay Olimpiya Oyunlarında mübarizəsini başa vuran 7 cüdoçumuzun "quru" nəticəsinə səbəb kimi pandemiya və püşkü qabartmağın doğru olmadığını bildirib: "Pandemiya tək bizim üzləşdiyimiz problem deyil. Dünyanın hər yerində vəziyyət necədirsə, Azərbaycanda da elədir. Səbəb budursa, digər ölkələr də zəif çıxış etməli idilər. Hər şeyi pandemiyanın, ya da püşkün üstünə atmaq doğru olmaz. Bunlar səbəb deyil. Olimpiya Oyunlarında onsuz da zəif rəqib yoxdur. Sadəcə, komanda psixoloji cəhətdən yarışa hazır deyildi. Uşaqlar özlərinə güvənsəydilər, nəticələr qat-qat yaxşı olacaqdı. Mənim öz bacım oğlu qorxa-qorxa döyüşdü ki, nə var-nə var, qarşısındakı dünya çempionudur. Digər uşaqlar da onun kimi. Əvvəl uduzduqları rəqiblərlə görüşdə üzərlərində təzyiq hiss etdilər, nəticə də göz qabağındadır. Bu cür çıxışı qətiyyən gözləmirdik. Komandaya çox ümid bəsləyirdik. Çünki onlar üçün federasiya tərəfindən hər bir şərait yaradılmışdı".

Pekin 2008-in qalibi qonşu Gürcüstan seçməsinin uğuruna diqqət çəkib: "Gürcülərin elə bir parlaq çıxışını görmədim. Sadəcə, ürəkli döyüşdülər. Nəticəsi də üç medaldır. Halbuki bizim komandaya yaradılan şərait onlara yaradılmır. Şəxsən mən heç bir cüdoçumuzu onlardan zəif saymıram".

Yerli məşqçilərlə çalışmağın tərəfdarı olan Olimpiya çempionu, millimizin üzvləri Tokiodan döndükdən sonra nəticələr əsasında addımların atılmasını istisna etməyib: "Burada məşqçilik nəsə yoxdur. Hamı deyir Zayzenbaherin dövrü yaxşı idi. Bizim vaxtımızda Zayzenbaher var idi? Rioda cüdoya iki Olimpiya medalını Zayzenbaher qazandırmadı. Heç bir məşqçi cəmi 9 ayın içində Olimpiya finalçısı hazırlaya bilməz. Mən öz məşqçilərimizin tərəfdarıyam. 
Maşurenkonun postunda qalıb-qalmayacağı ilə bağlı nəsə deyə bilmərəm. Komanda Tokiodan qayıtdıqdan sonra bir araya gəlib, müzakirələr aparacağıq. Orada hansısa qərarlar verilə bilər".
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

10:53

"Fənərbağça"nın sabiq futbolçusu cinayətdə şübhəli bilinir

10:30

DÇ-nin yarımfinalçıları müəyyənləşdi

10:22

Çempionlar Liqası: PSJ "Mançester Siti"yə, "Ayaks" "Beşiktaş"a qarşı-  YENİLƏNİR

10:15

Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı

10:03

PSJ-nin yeni transferi ÇL-də debüt edə bilər

09:45

"Kəpəz"də seminar

09:03

Mahir tənqid olundu: "Qol vurmamaq günah olardı"

08:00

"Mbappe İspaniyada oynasaydı, "Qızıl topu qazanmışdı"

01:06

İPL: Qonaqlar 90+5-ci dəqiqədə qurtuldu

01:00

La Liqa: "Selta" uzatma dəqiqələrində sevindi

00:43

A Seriyası: Günün tək matçında bərabərlik

00:40

Çempionlar Turu: Şahmatçılarımız yenə uduzdu

00:12

Yap Stam qovuldu

00:04

Dünya çempionatı: Millimiz Hindistan və Ermənistanla heç-heçə etdi

27 Sentyabr 2021
23:16

Türkiyə Superliqası: "Trabzonspor" vahid liderlik şansını qaçırdı

Facebookdan bizi izləməyi unutmayın.