Topaz Premyer Liqasında XIX turun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun ilk oyununu - “Sumqayıt” - “Qəbələ” matçını FIFA referisi Rəhim Həsənov idarə edəcək. Sabah baş tutacaq “Qarabağ” - “Xəzər Lənkəran” oyununda ədaləti Ramil Diniyev qoruyacaq.
Bazar günü keçiriləcək “Neftçi” - “Simurq” oyununu Əliyar Ağayev idarə edəcək. “İnter” - AZAL görüşündə Fariz Yusifov fit çalacaq. “Bakı” - “Rəvan” matçında isə Ömər Paşayev iş başında olacaq.
1 fevral
Sumqayıt - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 16.00.
Qarabağ - Xəzər Lənkəran
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
2 fevral
Bakı - Rəvan
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bakı”nın təlim-məşq bazasının stadionu, əsas meydança. Saat 13.30.
Neftçi - Simurq
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Bakcell Arena”. Saat 15.30.
İnter - AZAL
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
“Şəfa” stadionu. Saat 17.00.
Fanat.az