Yay hazırlıqlarının II mərhələsini Gürcüstanda davam etdirən "Səbail” bu gün ikinci sınaq matçını keçirib.
Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi yerli - "Lokomotiv" Tibilisi klubu ilə üz-üzə gəlib. "Dənizçilər" qapısından 2 cavabsız top buraxaraq məğlub olub.
"Səbail" qonşu ölkədəki hazırlığını avqustun 1-də" Saburtalo" ilə oyunla yekunlaşdıracaq.
Əli Sahib