22:33 29.07.2021 342

Keşlədə "Oyundankənar"a düşənlər - Emin, İlqar, Rail, Anar Salmanov

Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Soçi"ni qəbul edən "Keşlə" səfərdəki kimi, məğlub olub avrokuboklarla vidalaşdı. Əslində, "Qarabağ" və "Sumqayıt"ın oyunlarının kölgəsində qalan qarşılaşmada meydandan kənarda baş verən məqamlar az deyildi.

* "ASK Arena"ya xeyli əvvəldən yollansaq da, stadionun girişində "Neftçi"nin kapitanı Emin Mahmudovla rastlaşdıq və düzü, bu bizə qəribə gəldi. Təəccübümüz yersiz deyildi, Emin oyunun vaxtını səhv salmışdı. Elə bilirmiş matç saat 19.00-da başlayacaq. 
Bununla belə, Mahmudov daha bir saat gözlədi. Bu əziyyətə də təkcə "Keşlə"yə görə qatlaşmırdı. Məsələ burasındadır ki, Bakıya rəqib kimi gələn "Soçi"nin kapitanı İbrahim Tsallaqov vaxtilə Eminlə "Krılya Sovetov"da komanda yoldaşı olublar. Mahmudov bu gün səhər "Soçi"nin qaldığı otelə də yollanaraq, dostluq etdiyi Tsallaqovla görüşüb. 

* Təzəliklə AFFA-da çalışan, daha doğrusu, millinin skautu kimi işə başlayan İlqar Qurbanov oyunu izləməyə iki azyaşlı övladı ilə təşrif buyurmuşdu. O, oyunu "Keşlə"nin təcrübəli oyunçusu, ruslarla oyunlarda iştirak etməyən Rail Məlikovla birgə izləyirdi. Yeri gəlmişkən, Rail media sektorunun qarşısından keçərkən, polis onu saxladı. Vəsiqəsi və bileti olmayan futbolçu geyimini göstərərək, tribunaya keçmək istədi və xeyli çək-çevirdən sonra buna nail oldu. 

* Polis hakimləri stadiona gətirən "Vita" avtomobilinin ərazidən uzaqlaşdırılması üçün də xeyli çalışdı. Yalnız belaruslu hakimlər briqadasını müşaiyət edən AFFA Hakimlər Komitəsinin üzvü Anar Salmanovun işə qarışmasından sonra asayiş keşikçisi inadından əl çəkdi. 

* Pandemiyanın başayaq etdiyi standartlar futbolda daha əcaib  görünür. Start fitindən əvvəl rəqib futbolçuların bir-biri ilə əl görüşməməsi bir yana, şəkil çəkdirərkən "Keşlə"nin futbolçuları ənənəvi qaydada, "Soçi"nin üzvləri isə hamılıqla ayaq üstə və bir-birilərindən yarım metr aralı dayandılar. Rus klubunun mətbuat xidmətinin əməkdaşı onları kadra yerləşdirmək üçün xeyli əziyyət çəkdi. 

* Deyəsən, "Keşlə"nin bu yaydakı "ən böyük transferi" Faiq Şadlı olub. Vaxtilə "Karvan", "Bakı" kimi klubların tərəfdarı olan, ümumiyyətlə, "muzdlu fanat" kimi tanınan Faiq Şadlı bakılıların amiqosu kimi tribunada fəal idi. 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
17:23

"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

17:09

PSJ üçün şad xəbər: Messi geri döndü

16:46

Parisə hansı cüdoçularımız gedəcək?

16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

10:53

"Fənərbağça"nın sabiq futbolçusu cinayətdə şübhəli bilinir

10:30

DÇ-nin yarımfinalçıları müəyyənləşdi

10:22

Çempionlar Liqası: PSJ "Mançester Siti"yə, "Ayaks" "Beşiktaş"a qarşı-  YENİLƏNİR

10:15

Ruslan Poladov "Şahdağ"la müqavilə imzaladı

10:03

PSJ-nin yeni transferi ÇL-də debüt edə bilər

09:45

"Kəpəz"də seminar

09:03

Mahir tənqid olundu: "Qol vurmamaq günah olardı"

08:00

"Mbappe İspaniyada oynasaydı, "Qızıl topu qazanmışdı"

01:06

İPL: Qonaqlar 90+5-ci dəqiqədə qurtuldu

01:00

La Liqa: "Selta" uzatma dəqiqələrində sevindi

00:43

A Seriyası: Günün tək matçında bərabərlik

00:40

Çempionlar Turu: Şahmatçılarımız yenə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.