23:06 29.07.2021 210

"İstədim ki, futbolçular sərbəst olsunlar" - Ayxan Abbasov

"Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün möhtəşəm idilər. Təəssüf ki, onları sevindirə bilmədik".

Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının II təsnifat mərhələsində "Çukariçki” ilə keçirilən cavab oyunu barədə danışarkən deyib.

Serbiya klubu ilə səfərdə qolsuz bərabərə qalan "gənclik şəhəri” təmsilçisi "Kapital Bank Arena”da 0:2 hesabı ilə məğlub olaraq, avrokuboklarla vidalaşıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasov komandasını dəyərləndirib: "Oyuna belə başlamaq istəməzdik. Rəqib çox asan qollar vurdu və üstünlük yaratdı. Həmin hücumlara hazırlaşmışdıq. Gözlədiyimiz hücumdan qol buraxdıq. İkinci qol isə penaltidən oldu və nəticəni dəyişə bilmədik. İkinci hissədəki çıxışdan razı qaldım. Bir qol vursaydıq, bəlkə də, geri dönüş edə bilərdik. Çempionatda üçüncü yeri tutmaq çox çətin idi. Bu gün Konfrans Liqasında çıxış etdik, komanda inkişafdadır. Futbolçuların səhvlər etməsini istəmirik. Amma bunun üçün təcrübə lazımdır. "Çukariçki"ni keçmək olardı. Tez qol buraxmasaydıq, oyunun axarı başqa cür olardı. Bizim üçün avrokubok mövsümü bitdi. Amma futbolçularıma dedim ki, bu həyəcanı yenidən yaşamaq istəyiriksə, daha da istəkli olmalıyıq. Son üç ildə çempionatda ilklərə imza atmışıq. Bu şəhərin arzusu avrokuboklarda oynamağımız idi. Təəssüf ki, avrokuboklarda ilkə imza ata bilmədik. Heyətin gücləndirilməsi vacibdir. Bunun üzərində işləyəcəyik. Bəzi çatışmazlıqlarımız var".

- Transfer edə bilmədiyiniz üçün üzülürsünüzmü?

- Transfer bu gün mərhələ keçməməyimizə səbəb deyil. Öz yolumuz var. Süleymanın, Muradın, Rüfətin qarşısını kəsmək istəmirik. Onların inkişafı üçün səbirli olmalıyıq. Kənardan oyunçu gətirib, nəticə vermək çox asandır. Biz bu yolla getmirik. Rəhbərliyin də bir fikri var. Kənardan 10-11 nəfər gətirdik, yerli futbolçular harada oynayacaq? Bəli, nəticə verməliyik. Amma bəzi oyunçuları oynatdığım üçün məni qınayanlar var idi. Sonradan isə onlara "Neftçi"dən təklif gəldi. Çünki biz səbir etməyi bacarırıq. Heyətimizin özəyini qorumuşuq. Çempionatda daha yaxşı olmaq üçün bu oyunlar vacib idi.

- Geriyə baxdıqda yenidən bu heyəti meydana buraxardız?

- Futbolda anidən hər şey alt-üst ola bilir. Oyun bizim üçün yaxşı başlamışdı. Amma əks-hücumda tutub, qol vurdular. Çox sual verirdilər ki, ilk görüşdə müdafiə oturdunuz. Bu gün oyunboyu hücumda keçirdik. Futbolçularımın hücum gücünü əlindən almaq istəmirəm. Başqa taktika seçə bilərdim. Amma istədim ki, futbolçular sərbəst olsunlar. 0:0 hesabı mərhələ keçmək üçün təminat vermir. Nəticə əldə etmək üçün bəzi oyunçular bir az da böyüməli, artırmalıdırlar. Mənbə: Apasport
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

17 phrase_var_core.september 2021
23:11

Türkiyə Superliqası: "Fatih Karagümrük"dən səfərdə şou

17:51

Tyeri Anri: "Tottenhem"i tanımıram"

17:37

Liqa 1: "Strasburq" "Metz"lə üz-üzə

17:10

A Seriyasında V tur start götürür

16:50

Dünya çempionatına 9 cüdoçu ilə

16:41

La Liqa: "Kadis" "Selta" səfərində

16:28

"Qarabağ"dan Xayme açıqlaması: "Əməliyyat qaçılmazdır"

16:25

"Tottenhem"in futbolçusundan etiraf: "Mançester Yunayted" azarkeşi olmuşam"

16:09

Almaniya Bundesliqası: V tura start verilir

15:55

İPL: "Nyukasl" "Lids"ə qarşı

15:48

AFFA İntizam Komitəsinin sədri: "Təhqirlər təkrarlansa, klublar cərimələnəcək"

15:32

"Nike" AFFA-ya top verdi

15:16

Cavid Hüseynov karyerasını bitirir: Klub yaratdı

14:57

Azərbaycanlı dünya çempionuna hökm oxundu

14:44

UEFA “Qarabağ”a 3 milyon avro ödədi

14:29

Məşhur cüdoçularımıza yeni titullu rəqib

14:20

AFFA “Qarabağ”a xəbərdarlıq etdi

14:12

UEFA "Qarabağ"ın oyunu ilə bağlı sorğu keçirir

13:55

"Futbolun Qurban Qurbanova bir "play-off" borcu var" - Nurlan İbrahimov

13:29

Mourinyu "5:1"lik qələbədən narazı qaldı

13:01

"Barselona" müflisliyin bir addımlığında

12:40

Dünya çempionu qətlə yetirildi

12:37

Fatih Terimdən "İtalyanca şou": Mətbuat konfransına damğa vurdu

12:27

"Qolu mən vuracağam, ya başqası, fərq eləmir" - Emin Mahmudov

12:12

"Mançester Yunayted" Bruno ilə bağlı qərar verdi

11:54

Mourinyu Pelleqrini ilə danışacaq

11:35

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat yazdı

11:30

Premyer Liqamızda iki oyunun təyinatları açıqlandı

11:09

Dünyanın ən titullu futbolçusu klubundan ayrıldı

10:50

CAS dördqat Olimpiya çempionunun məşqçisinə "yox" dedi

10:32

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

10:16

Konfrans Liqası: Həftənin futbolçusu adına namizədlər

10:00

"Kənan Kərimov "Karvan"ı bərpa etmək niyyətindədir" - MÜSAHİBƏ

09:00

"Çelsi"nin futbolçusunun evi qarət olundu - FOTOLAR

08:00

Məsut Özil: "Yalnız "Fənərbağça!"

01:19

"Fənərbağça" 1 xala razılaşdı - VİDEO

01:14

Konfrans Liqası: Rəqiblərimiz "sülh" bağladı, "Roma"dan "qol yağışı"

00:59

Avropa Liqası: "Qalatasaray"dan qələbə, "Fənərbağça"dan heç-heçə

00:03

"Qalatasaray" İtaliya klubunu belə yendi - VİDEO

16 phrase_var_core.september 2021
23:28

"Bazel"in baş məşqçisi: "Qarabağ" 90 dəqiqə daha üstün oldu"

phrase_var_core.fb