23:23 29.07.2021 264

"Soçi"nin baş məşqçisi Bakını bəyənib, "Keşlə"ni təriflədi

Konfrans Liqasının 2-ci seçmə mərhələsinin cavab matçında "Keşlə" "Soçi"yə məğlub olub - 2:4.

Fanat.Az xəbər verir ki, qarşılaşmandan sonra keçirilən mətbuat konfransında əvvəlcə qonaqların baş məşqçisi Vladimir Fedotov iştirak edib. Rusiyalı mütəxəssis əvvəlcə görüş haqda fikirlərini səsləndirdi:

"Oyuna əvvəldən sona kimi nəzarət etdik. Rəqib qol vuranda bunu əldən verdik. Xüsusi olaraq Felipe Santosu qeyd etmək istəyirəm. Braziliyalı bütün komandanı aldadaraq 2 qolun vurulmasına səbəb oldu. Oyunçularımın çoxu oyun ərzində bütövlüklə müdafiəyə toplaşırsa, bu, baş məşqçi kimi məni narahat edir. Evdəki kimi uzaqdan zərbələr vura bilmədik. Hər halda bu görüşdə qələbə qazanmaq bizə nəsib oldu".

Daha sonra Vladimir Fedotov jurnalistlərin suallarını cavablandırdı...

- "Soçi"nin futbolçuları çox aqressiv idilər. Bunun səbəbi nə idi?

- Tribunada olanda epizodlar başqa cür görsənir. Düşünürəm ki, mənim futbolçularımda aqressiya çatmırdı. Topu hərəkət etdirəndə oyunçularım ehtiyyatlı davranırdılar. Rəqibə boşluqlar verirdilər. Onlar da bundan istifadə edib, rahat davranırdılar. Ot örtüyünün də suni olması sürətin azalmasına səbəb olurdu. Bu mənada düşünürəm ki, biz aqressiv deyildik. Oyundan öncə futbolçularıma bildirmişdim ki, yenə qələbə qazanmalıyıq. Onlara minnətdaram ki, onlar mənim sözümü yerə salmadılar. Onlar bütün güclərini sərf edərək qalib gəldilər. Ev oyunumuzda azarkeşlər yox idi. Bu qarşılaşma isə yayınlanırdı. Uşaqlar özlərini azarkeşlərə göstərməli idilər. Futbolçularım buna nail oldular.

- "Keşlə"nin potensialını necə qiymətləndirirsiz?

- Komanda bildiyim qədəri ilə yeni qurulub. Bir çox oyunçular "Keşlə"yə yeni qoşulub. Ola bilər ki, bir qədər oyun praktikasından əziyyət çəkirlər. Fərdi ustalıqları üstün olan futbolçuları var. İndi qalıb komanda olaraq formalaşmaları. Bundan sonra onların üçün hər şey yaxşı olacaq. Bu komanda hücumameyillidi. Bu da hər kluba üstünlük verən amildi. "Keşlə"yə uğurlar arzu edirəm.

- Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşmaq ehtimalınız var. Azərbaycan yenidən səfər etmək istəyərsiz?

- Mən dünən də dedim ki, ölkənizə ikinci dəfədi gəlirəm. Bura mənə çox xoş təsir bağışladı. Bakı həqiqətən də gözəl şəhərdi. Dünən "Neftçi"nin matçında tribunalar dolmuşdu. Bugün də stadion azarkeşlər var idi. Burda hər şey çox gözəldi. Amma indi ancaq reallıqdan danışmaq lazımdı. Hələ pley-off mərhələsinə vəsiqə qazanaq. Bundan sonra nələrin olacağını görəcəyik.

- Konfrans Liqasında qazanılan bu qələbələr Rusiya çempionatında komandaya motivasiya ola bilər?

- Əlbəttə ki, bu qələbə bizim üçün çox vacib idi. Çox məsələlərdə bizə kömək olacaq. Bu qələbə bizim əhvalımızı müsbətə doğru dəyişəcək.
 
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

17 phrase_var_core.september 2021
17:51

Tyeri Anri: "Tottenhem"i tanımıram"

17:37

Liqa 1: "Strasburq" "Metz"lə üz-üzə

17:26

Türkiyə Superliqası: V tur həyəcanı

17:10

A Seriyasında V tur start götürür

16:50

Dünya çempionatına 9 cüdoçu ilə

16:41

La Liqa: "Kadis" "Selta" səfərində

16:28

"Qarabağ"dan Xayme açıqlaması: "Əməliyyat qaçılmazdır"

16:25

"Tottenhem"in futbolçusundan etiraf: "Mançester Yunayted" azarkeşi olmuşam"

16:09

Almaniya Bundesliqası: V tura start verilir

15:55

İPL: "Nyukasl" "Lids"ə qarşı

15:48

AFFA İntizam Komitəsinin sədri: "Təhqirlər təkrarlansa, klublar cərimələnəcək"

15:32

"Nike" AFFA-ya top verdi

15:16

Cavid Hüseynov karyerasını bitirir: Klub yaratdı

14:57

Azərbaycanlı dünya çempionuna hökm oxundu

14:44

UEFA “Qarabağ”a 3 milyon avro ödədi

14:29

Məşhur cüdoçularımıza yeni titullu rəqib

14:20

AFFA “Qarabağ”a xəbərdarlıq etdi

14:12

UEFA "Qarabağ"ın oyunu ilə bağlı sorğu keçirir

13:55

"Futbolun Qurban Qurbanova bir "play-off" borcu var" - Nurlan İbrahimov

13:29

Mourinyu "5:1"lik qələbədən narazı qaldı

13:01

"Barselona" müflisliyin bir addımlığında

12:40

Dünya çempionu qətlə yetirildi

12:37

Fatih Terimdən "İtalyanca şou": Mətbuat konfransına damğa vurdu

12:27

"Qolu mən vuracağam, ya başqası, fərq eləmir" - Emin Mahmudov

12:12

"Mançester Yunayted" Bruno ilə bağlı qərar verdi

11:54

Mourinyu Pelleqrini ilə danışacaq

11:35

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? - Deputat yazdı

11:30

Premyer Liqamızda iki oyunun təyinatları açıqlandı

11:09

Dünyanın ən titullu futbolçusu klubundan ayrıldı

10:50

CAS dördqat Olimpiya çempionunun məşqçisinə "yox" dedi

10:32

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

10:16

Konfrans Liqası: Həftənin futbolçusu adına namizədlər

10:00

"Kənan Kərimov "Karvan"ı bərpa etmək niyyətindədir" - MÜSAHİBƏ

09:00

"Çelsi"nin futbolçusunun evi qarət olundu - FOTOLAR

08:00

Məsut Özil: "Yalnız "Fənərbağça!"

01:19

"Fənərbağça" 1 xala razılaşdı - VİDEO

01:14

Konfrans Liqası: Rəqiblərimiz "sülh" bağladı, "Roma"dan "qol yağışı"

00:59

Avropa Liqası: "Qalatasaray"dan qələbə, "Fənərbağça"dan heç-heçə

00:03

"Qalatasaray" İtaliya klubunu belə yendi - VİDEO

16 phrase_var_core.september 2021
23:28

"Bazel"in baş məşqçisi: "Qarabağ" 90 dəqiqə daha üstün oldu"

phrase_var_core.fb