13:00 30.07.2021 427

Fərhad Məmmədov: "Ruslan Maşurenko heç bir məşqçilik təcrübəsi olmayan adamdır"

Kişilərdən ibarət yığmamızın Tokio 2020-də mübarizəyə qoşulan sonuncu üzvü Uşanqi Kokauri də çıxışını erkən dayandırdı. Bununla da tarixdə ilk dəfə Olimpiya Oyunlarına tam heyətlə qatılan komandamızın yarışları əliboş başa vurması rəsmiləşdi.

Olimpiadada 7 çəkinin hamısında təmsil olunan 9 yığmadan biri olan Azərbaycanın uğursuz nəticəsini doğuran səbəb nə oldu? 

Fanat.Az millimizin keçmiş baş məşqçisi Fərhad Məmmədova müraciət edib.

2017-ci ildə cüdo yığmamızı çalışdıran 44 yaşlı mütəxəssis, yarışa psixoloji hazırlığı yetərsiz hesab edir: "Komandanın psixoloji cəhətdən Olimpiadaya hazır olmadığı görünür. Əvvəlki cüdoçuların uduzmağı digərlərinə də mənfi təsir göstərdi, özlərinə inamı itirdilər. Halbuki yarış öncəsi əhval-ruhiyyələri yaxşı təsir bağışlayırdı. Xüsusi icazə əsasında karantin müddətində dayanmadan məşq etmişdilər. Mən də bu qədər uğursuz çıxışı təsəvvür etməmişdim".

Keçmiş çalışdırıcı yığmamızın baş məşqçisinin işinə toxunub: "7 cüdoçunun hamısı medalsız qalıbsa, məsuliyyəti baş məşqçi daşıyır. Ruslan Maşurenko heç bir məşqçilik təcrübəsi olmayan adamdır. Onunla bir müddət çalışmışam. O vaxt nəyi necə etmək lazım olduğundan xəbərsiz idi. Özündən Amerika kəşf edirdi. İndiyədək məşqçilik barədə az da olsa nəsə öyrənə bilibsə, bu, bizim mütəxəssislərin sayəsində olub.

Komanda üzvlərinin hamısını tanıyıram, əksəriyyəti ilə o dövrdə çalışmışam. Hər biri bacarıqlıdır. Hazır materialdırlar. Üzərlərində duran təcrübəli baş məşqçi lazımdır ki, nəticə olsun. Məncə, kənardan birini gətirməyə ehtiyac yoxdur. Özümüzünkülər də bu işi yaxşı bacarır".

Millinin sükanı arxasında olduğu dövrdə 3 dünya, 2-si "qızıl" olmaqla 5 qitə çempionatı medalı ilə yadda qalan Məmmədov, yığmanın məşqçilər heyətinə qayıtma ehtimalı barədə də danışıb: "Sözün düzü, bu haqda heç nə düşünmürəm.. Başım öz işimə qarışıb. Hazırda "Atilla" klubunda məşq keçirəm".

Qeyd edək ki, Azərbaycanın kişi cüdoçularından ən yaxşı nəticəni Rüstəm Orucov(73 kq) göstərib. Orxan Səfərov(66 kq) ilk, Kəramət Hüseynov(60 kq), Murad Fətiyev(81 kq), Məmmədəli Mehdiyev(90 kq), Zelim Kotsoyev(100 kq) və Uşanqi Kokauri ikinci görüşdə uduzaraq, medal imkanını itiriblər. Sabah baş tutacaq qarışıq komanda yarışında ölkəmiz təmsil olunmayacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
23:26

Çempionlar Turu: Rəcəbov və Məmmədyarov ilk qələbələrini qazandılar

23:00

DÇ: Yığmamız liderə də uduzdu, autsayderə də

22:58

"Beşiktaş" "Ayaks"a belə uduzdu - VİDEO

22:39

Milimizin futbolçusu ÇL-də debüt etdi - "Beşiktaş"ın heyətində...

22:38

Çempionlar Liqası: "Beşiktaş" uduzdu, "İnter" xal itirdi -  YENİLƏNİR

21:44

Etoonun oğlu Portuqaliya klubunda

20:15

Yeni kubok oyunu - RƏSMİ

20:15

Elxan Məmmədov Tovuzda akademiyanı ziyarət etdi - FOTOLAR

20:00

Dünya birincisi olmağın sirri - 6 qat çempionla MÜSAHİBƏ

19:37

Mbappe PSJ-ni tərk edir - SƏBƏB

18:20

Dünya çempionumuz evlənir

17:40

"Liverpul"un əfsanəsi vəfat etdi

17:23

"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

17:09

PSJ üçün şad xəbər: Messi geri döndü

16:46

Parisə hansı cüdoçularımız gedəcək?

16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

Facebookdan bizi izləməyi unutmayın.