Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko postundan gedib.
Fanat.Az xəbər verir ki, bu barədə 44 yaşlı mütəxəssis öz "Instagram" hesabında məlumat yayıb.
Çalışdırıcının Ukrayna Futbol Federasiyası ilə olan müqaviləsinin müddəti başa çatıb və tərəflər yolları ayırmağı uyğun sayıb.
Şevçenko federasiyaya, futbolçulara və azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, son 5-ildə Ukrayna yığmasının baş məşqçisi olan Şevçenko millini son Avropa çempionatının 1/4 finalına daşımışdı.
Nihat