"Milan" hücumçusu Lorenso Kolombonu icarəyə verib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı hücumçu karyerasını B Seriya təmsilçisi SPAL-da davam etdirəcək. İtaliyalı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Qeyd edək ki, Kolombo ötən mövsüm B Seriyasının digər klubu "Kremoneze"də icarədə olub.