15:25 02.08.2021 2032

Tokio 2020: Rafiq və Elis üçün \"bürünc\" şansı - YENİLƏNİB

Rafiq Hüseynovun uduzduğu Qırğızıstan güləşçisi Akjol Mahmudov Ermənistan təmsilçisi Karapet Çalyanı məğlub edərək finala vəsiqə qazanıb. Beləliklə, ikiqat Avropa çempionumuz bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib.

Hüseynov təsəlliverici mərhələdə tunisli Lamjed Maafi ilə üz-üzə gələcək. Bu qarşılaşmada qalib gələcəyi halda "klassik"imiz bürünc medal uğrunda həlledici görüşdə Karapet Çalyanla münasibətlərinə aydınlıq gətirəcək
 
Qadın güləşçimiz Elis Manolova da təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. 

O, bürünc uğrunda ilk olaraq qırğızıstanlı Meerim Jumanazarovanı yolundan uzaqlaşdırmalıdlr. İdmançımız görüşü qalib başa vursa, Batsetseeq Soronzoboldla (Monqolustan) üz-üzə gələcək.
 
Təsəlliverici və medal görüşləri sabah baş tutacaq.

 
***

Tokio 2020 Yay Olimpiya Oyunlarında güləşçilərimiz mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, ölkəmiz bu gün yunan-Roma güləşçilərinin yarışında Rafiq Hüseynov (77 kq), qadın güləşçilərin mübarizəsində Elis Manolova (68 kq) ilə təmsil olunub.

Rafiq ilk görüşdə (1/8 final) son dünya çempionatının gümüş mükafatçısı isveçli Aleks Kessidisə sonuncu xal prinsipinə əsasən qalib gəlib (1:1). 

33 yaşlı ikiqat Avropa çempionumuz növbəti mərhədə qırğızıstanlı Akjol Mahmudovla üz-üzə gəlib. 

Uğurun ardını gətirə bilməyən Hüseynov, rəqibinə vaxtından əvvəl uduzub (1:9).

Qadın güləşçilərin yarışındakı təmsilçimiz Elis Manolova (68 kq) ilk mərhələdəcə məğlubiyyətlə üzləşib. 

25 yaşlı Avropa çempionumuz 1/8 finalda nigeriyalı Blessinq Oborududuya vaxtından əvvəl yenilib (2:13).

Qırğızıstan və Nigeriya güləşçiləri finala çıxsa, təmsilçilərimizin təsəlliverici görüşlərə qatılmaq şansı yaranacaq.

Qeyd edək ki, Azərbaycan Tokio 2020-yə 7 güləşçi(3 sərbəst, 2 yunan-Roma, 2 qadın) ilə qatılıb.
 
 
Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X