Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 2 avqust tarixində idman aləmində baş verən əlamətdar hadisələri təqdim edir:
2 avqust 1969-cu il tarixində Azərbaycanın tanınmış cüdoçusu Nazim Hüseynov dünyaya gəlib. 1987 və 1989-cu illərdə gənclər arasında SSRİ çempionu olan idmançı 1991-ci ildə Barselonada keçirilən Dünya Çempionatında bürünc medala sahib olub.
SSRİ əməkdar idman ustası 60 kq çəki dərəcəsində Olimpiya çempionu (1992), dünya çempionatlarının gümüş (1993) və bürünc (1991) mükafatçısı, 2 qat Avropa çempionu (1992, 1993), Avropa çempionatının gümüş mükafatçısı (1993) olub.
2000-ci ildə təqaüdə çıxan Olimpiya çempionu ölkə xaricindən, xüsusən də İtaliyadan təkliflər alsa da, o, Azərbaycanda qalmağa üstünlük verib.
***
Bu gün həm də futbol üzrə Avropa çempionatının gümüş mükafatçısı (1992); Çempionlar Liqasının qalibi (2001); qitələrarası kubokun qalibi (2001); Çempionlar Liqasının ikincisi (1999); 3 qat Almaniya çempionu (1999, 2000, 2001); 2 dəfə Almaniya Kubokunun qalibi (1995, 2000); 3 dəfə Almaniya Liqa Kubokunun qalibi (1998, 1999, 2000); Almaniya Super Kubokunun qalibi (1990); UEFA -nın 2000/01 mövsümünün ən dəyərli oyunçusu Ştefan Effenberqin (Stefan Effenberg) doğum günüdür.
Ştefan 1968-ci ilin bu günü Almaniyanın Hamburq şəhərində dünyaya göz açıb.
Emin Şəmsiyev