"Arsenal" futbolçusu Qranit Caka ilə bağlı son qərarını verib.
Fanat.Az xəbər verir ki, bir müddət öncə "Roma" keçəcəyi deyilən isveçrəli yarımmüdafiəçi İngiltərə təmsilçisindən ayrılmayacaq.
Bu barədə məlumatı klubun baş məşqçisi Mikel Arteta verib. İspan mütəxəssis "Sky Sport"a açıqlamasında Cakanın komandada qalacağını bildirib.
"Qranit bizimlə qalacaq. Onun əməyini yüksək qiymətləndiririk və komandamızın əsas oyunçusudur. Düşünürəm ki, komandada qalmaq istəyini bizə açıq şəkildə göstərir".
Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildən "topçular"ın şərəfini qoruyur. BU müdd heyətində keçirdiyi 161 oyuna 9 qolla yadda qalıb.
Emin Şəmsiyev