"Tottenhem"in hücumçusu Harri Keyn (Harry Kane) klubun təlim-məşq toplanışına qatılmayıb.
Fanat.Az xəbər verir ki, The Telegraph" idman agentliyinin jurnalisti Met Lou Keynin bu hərəkəti ilə kluba etiraz etdiyini bildirib.
O, "Twitter" səhifəsində belə yazıb: "İki həftə əvvəl futbolçunun komandanın məşqlərinə qoşulmayacağı gözlənilən idi. Keyn bu addımıyla klubun onu "Mançester Siti"yə buraxmamaq qərarını boykot edir."
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol