18:34 02.08.2021 435

Samir Abasov: "HİK-in indiki durumu bizim üçün daha təhlükəlidir"

"Çox maraqlı rəqibə qarşı oynayacağıq. Fiziki durumu yaxşı olan, hərəkətli komandadır. Çempionatlarının davam etməsi onlar üçün üstünlükdür". 

Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiyanın HİK  komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.


43 yaşlı mütəxəssis bildirib ki, Avropa Liqasında qalmaq istəyirlər: "Çempionlar Liqasında mübarizəni dayandırıb AL-ə düşdük. HİK-i keçib yolumuza burda davam etmək istəyirik. Əhvalımız pis deyil. "Olimpiakos"a uduzsaq da, motivasiyamız qaydasındadır. Bəzi məqamlar bizi üzdü. Ancaq əhval-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdicə oyunlar çətinləşir. Böyük vədlər vermək istəmirəm. Rəqib fiziki durumda bizdən yaxşı ola bilər. Ancaq buna fikir vermirik. Öz komandamızı düşünürük. Öz oyunumuzu ortaya qoya bilsək, "Olimpiakos"a qarşı görüşü yaxşılaşdırsaq, uğurlu nəticə qazana bilərik".

"Neftçi"nin çalışdırıcısı Finlandiya təmsilçisini hərtərəfli təhlil etdiklərini deyib: "HİK-lə "Olimpiakos"u müqayisə etmişik. HİK-in indiki durumu bizim üçün daha təhlükəlidir. "Olimpiakos"da həddən artıq keyfiyyətli oyunçular var. Onlar bəzən sənə boşluqlar verirlər. Amma HİK yox. Onların son 6-7 matçına baxmışıq. Çox yaxşı kollektiv oyun sərgiləyirlər. Nə hücumda, nə də müdafiədə boşluq verirlər. Loru dildə başa salsam, məşqçi deyirsə ki, hücumda 4-5 nəfər olmalıdır, onlar mütləq orada olacaqlar. Bizə çətinlik törədəcək məqamlardır. Hansısa oyunçunun üstündə durmayacağıq. Dünən futbolçulara da dedim. Bizə qarşı qapanan komandalara qarşı çətinliklər çəkmişik. Çalışacağıq sabah yaxşı nəticə qazanaq".

Abasov bu gün baş tutan püşkatmanın nəticəsini də dəyərləndirib: "Püşkü atanlar deyir ki, "Neftçi" sən heç yerə getmə, qal Avropa Liqasında. Bizim üçün əsas HİK-i keçməkdir. Ən azı "Makkabi"ni düşünmürük. Hər iki turnirdə ən arzuolunmaz rəqiblə düşdük. Əvvəlcə HİK-i keçək ki, sonrakı rəqib barədə düşünək".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - HİK oyunu saat 21:00-da başlayacaq. 

Mirağa
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Sentyabr 2021
23:26

Çempionlar Turu: Rəcəbov və Məmmədyarov ilk qələbələrini qazandılar

23:00

DÇ: Yığmamız liderə də uduzdu, autsayderə də

22:58

"Beşiktaş" "Ayaks"a belə uduzdu - VİDEO

22:39

Milimizin futbolçusu ÇL-də debüt etdi - "Beşiktaş"ın heyətində...

22:38

Çempionlar Liqası: "Beşiktaş" uduzdu, "İnter" xal itirdi -  YENİLƏNİR

21:44

Etoonun oğlu Portuqaliya klubunda

20:15

Yeni kubok oyunu - RƏSMİ

20:15

Elxan Məmmədov Tovuzda akademiyanı ziyarət etdi - FOTOLAR

20:00

Dünya birincisi olmağın sirri - 6 qat çempionla MÜSAHİBƏ

19:37

Mbappe PSJ-ni tərk edir - SƏBƏB

18:20

Dünya çempionumuz evlənir

17:40

"Liverpul"un əfsanəsi vəfat etdi

17:23

"Qarabağ"ın Kiprə yollanacağı tarix müəyyənləşdi

17:09

PSJ üçün şad xəbər: Messi geri döndü

16:46

Parisə hansı cüdoçularımız gedəcək?

16:31

Millimizin futbolçusu uzun müddətə sıradan çıxdı

16:18

ADBTİA-nın şəhid məzunlarının adları auditoriyalara verildi

15:53

Ərdoğan özünü basketbolda sınadı - FOTOLAR

15:39

Mbappe gerilədi, Benzemadan super göstərici - STATİSTİKA

15:23

Benites "Real Madrid"in futbolçularına göz dikdi

15:07

Liqaların püşkü atıldı

14:54

UEFA "Super Liqa" müəlliflərinə qarşı araşdırmanı dayandırdı, ancaq...

14:35

Azərbaycanın son olimpiya çempionu karyerasını bitirir

14:21

Yap Stam ABŞ klubundan qovuldu

14:07

AFFA-dan hakimlərə "yaşıl işıq"

14:00

Millimiz AÇ-yə Qəbələdə hazırlaşacaq

13:49

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürdü

13:43

İlqar Rəhimov yenidən prezident seçildi

13:29

Mingəçevirdə festival keçirildi

13:14

Namik Ələsgərov üçün Bələk

12:56

Canni De Byazi hakimlərlə görüşdü

12:43

"Qarabağ"ın oyunu şotlandlara tapşırıldı

12:30

Millinin üzvləri B kurslarına qatıldı

12:20

Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin ŞOK ƏMƏLLƏRİ

12:17

Dünya çempionatında iştirak edəcək güləşçilərin adları açıqlandı

12:03

Millimizin rəqibi heyətini açıqladı

11:50

FİFA referisi I Diviziona göndərildi

11:37

Çempionlar Turu: Şahmatçılarımız tilsimi qıra biləcəkmi?

11:22

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

11:09

Elnur Əşrəfoğlunun anası vitse-prezidentə müraciət etdi

Facebookdan bizi izləməyi unutmayın.