10:23 03.08.2021 1062

“Azərbaycana variantı qalmayan legionerlər gəlir” - "Qəbələ" rəsmisi

 

Son iki mövsümü autsayder mövqeyində, 7-8-ci pillələrdə başa vuran "Qəbələ” növbəti çempionat ərəfəsində "gözdən uzaq, könüldən iraq” qalıb. Hazırlıqlara təmsil etdiyi bölgədə başlayan, arada imkan tapıb Bakıya gələrək 2-3 sınaq matçı keçirib yenidən dönən "qırmızı-qaralar” diqqəti daha çox seleksiyaya yönəlib. Zarafat deyil, komandanın yarıdan çoxu gedib. Büdcəsi zəif olan klub üçün bu həcmdə itkini sığortalamaq çox çətindir. Bəs "Qəbələ” nə iş görür?

Fanat.Az klubun meneceri Zaur Əzizovla bu yöndə danışıb: "Mütləq yeni oyunçular alınmalıdır. Çünki hazırda 14-15 futbolçu ilə məşq edirik. Bu, mövsüm üçün kifayət etməz. Yoxlama görüşlərinin nəticəsi göstərdi ki, bu heyətlə də bir-iki oyunda başabaş mübarizə apara bilərik. Amma çempionat uzun marafondu. Bunun zədəsi var, cəzası var. Düzdür, akademiyamızdan 5 futbolçunun əsas komandada oynayacağı artıq dəqiqləşib. Onlar əsas komandanın hazırlığında iştirak ediblər. Baxmayaraq ki, indi milli komandanın düşərgəsindədirlər”.

Büdcəsinin zəif olmasına baxmayaraq, bölgə klubu bir neçə legioneri sıralarına qatmağı bacarıb. Düzdür, onlardan 2-si ötən mövsümkü heyətin üzvüdür. Hansı ki, yayda klubu tərk etmişdilər. Zaur Əzizov bizi transfer çalışmalarının gedişi barədə məlumatlandırdı: "Legioner axtarışları davam edir. Şimali makedoniyalı İsnik Alimi ilə müqavilə imzalamışıq. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik anlaşmışıq. Qapıçı ilə bağlı çətinliyimiz var idi. "Çərçivə”yə də legioner götürdük - kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb. Ötən mövsümkü heyətdən Stefan Vukçeviç komandaya qayıtdı. Bundan başqa, daha bir sabiq futbolçumuz Rafael Utriqin (Alemao) keçidini həll etdik. Onunla danışdıq, razılığa gəldik. Hazırda yoldadır, Bakıya gəlir. Daha bir neçə oyunçunun keçidi gündəmdədir. Hələlik yekun qərar yoxdur, amma məşqçilər heyəti maraqlandığımız futbolçuları nəzərdən keçirir”.

"Qəbələ”nin menecerindən klublarımızın transfer siyasətinə də münasibət öyrəndik. Əksər məşqçilər "Əcnəbilər Azərbaycana gəlmək istəmir” fikrini səsləndirir. Əzizov bunun bəhanə, yoxsa reallıq olduğunu belə əsaslandırdı: "Qəbələ”ni götürək: çempionatın iki həftə sonra start götürəcəyini nəzərə alsaq, bəli, transfer məsələsində gecikirik. Ancaq bu təkcə bizdən asılı olan iş deyil. Ümumiyyətlə, digər klublarımızda da analoji hal müşahidə olunur və bunun obyektiv səbəbi var. Məsələn, Xorvatiyadan bir futbolçu ilə maraqlanırdıq, icarəyə götürmək istəyirdik. Dedilər ki, hələ gözləmə mövqeyindəyik. Şərtimizi bildirmişdik ki, futbolçunun məvacibinin yarısını klubu ödəsin, yarısını biz. Maliyyəyə görə tərəddüd edirlər. Hər yay onlarla futbolçunu başqa ölkələrə ixrac edən Xorvatiya bu yay cəmi iki və ya üç oyunçu sata bilib. Problem hər yerdə var. Biz ötən mövsüm boyunca Fransanın 3-cü liqasından iki futbolçunu izləyirdik. Paralel olaraq, danışıq aparırdıq, aşağı-yuxarı qiymətlərini də müəyyənləşdirmişdik. Belədə adətən, iki halla qarşılaşırsan: futbolçu uğurlu mövsüm keçirirsə, Azərbaycan onun üçün axırıncı plana keçir, 3-cü, 4-cü variant olur. Uğursuz olursa, biz tərəddüd edirik. Söhbət azad agent kimi əldə etdiklərimizdən gedir. Müqaviləsi olan futbolçunu əldə etmək isə sırf maliyyəyə bağlı məsələdir. Bura variantı qalmayan və ya Azərbaycana tramplin kimi baxan legionerlər gəlir. Səviyyəli oyunçu almaq istəyirsənsə, yaxşı pul xərcləməlisən, büdcən böyük olmalıdır”.

Mirağa
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X