Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, iki günə sığacaq mərhələnin ilk oyun günündə 7 qarşılaşma keçirilib.
"Neftçi"ni mübarizədən kənarlaşdıran "Olimpiakos" Yunanıstanda Bolqarıstan "Lüdoqorets"ini qonaq edib və heç-heçəyə razılaşıb (1:1).
İkinci təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ını hər iki oyunda məğlub edən PSV Niderlandda Danimarkanın "Midtüllan" komandasını sınağa çəkib. Meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
3 avqust
"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya) 2:1
"Sparta" (Praqa, Çexiya) - "Monako" (Fransa) 0:2
ÇFR (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) 1:1
"Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna) 1:2
PSV (Niderland) - "Midtüllan" (Danimarka) 3:0
"Srvena Zvezda" (Serbiya) - "Şerif" (Moldova) 1:1
"Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan) 1:1
Mirağa