"Sabah” klubu Ozan Can Kökcü ilə yollarını ayırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderland "Telstar”ı ilə razılığa gəlinib. Paytaxt təmsilçisi Ozan Cana xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, U-21 millimizin üzvü Ozan Can 2019-cu ildən "Sabah"ın uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını "Telstar”da icarədə keçirən Kökcü, "Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol