00:35 04.08.2021 736

Samir Abasov: "Cavab matçında hər şeyə sıfırdan başlayacağıq"

"Maraqlı oyun alındı. Hesaba baxmayaraq, mərhələ iki matçdan ibarətdir. Səfər qolu ləğv olunduqdan sonra bu, bizə üstünlük verə bilər. Səfər matçında hər şeyə sıfırdan başlayacağıq. Hər bir halda xarakterimizi ortaya qoymalı, oradan sərfəli nəticə ilə gəlməliyik. Bunun üçün hər şeyi edəcəyik".

Bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis pis oynamadıqlarını bildirib: "Aqil Məmmədov zədələndikdən sonra planımız pozuldu. Buna baxmayaraq, Kamran İbrahimov bu cür matçda çox inamlı oynadı. Bu da komandaya güvən verdi. Cavab görüşündə əlimizdən gələni edəcəyik".

Onun sözlərinə görə, sxemin içində oyunçu dəyişiklikləri məcburiyyətdən doğub: "Futbolçuların psixoloji və fiziki durumunu biz daha yaxşı bilirik. Düz deyirsiniz, Emin Mahmudova çox yük düşdü. Emin özü də çox qaçan oyunçudur. Komandamdan razı qaldım. Hər şey yaxşı idi. Oyunun sonlarına doğru futbolçular yorulmuşdu. Ona görə müdafiəyə çəkilmək məcburiyyətində qaldıq. Bəzən rəqib də səni buna məcbiur edir".

Abasov ilk hissədə zədələnən Aqil Məmmədovun durumuna da toxunub: "Onun səhhətində problemlər var idi. "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu. Neçə gün məşq etməmişdi. Bu gün Aqilin zədəsi haqqında nə isə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".

Mütəxəssis meydana start heyətdə buraxdığı Xəyal Nəcəfovun sosial şəbəkələrdə tənqid olunmasına da münasibət bildirib: "Hamımızı qınayırlar. Bütün qınaqlara baxıb heyət qursaq, düzgün olmaz. Həmin şəxslərə imkan versək, hərəsi bir heyət quracaq. Bu, baş məşqçinin işidir. Xəyalı yaxşı tanıyıram, "Neftçi" üçün böyük iş görəcək".

Baş məşqçi cavab matçında süni örtükdə oynamağın problem yaradacağını bildirib: "Biz hər zaman "Səbail"lə oyuna gedəndə bu cür hallarla üzləşirik. Bu cür meydanda oynayan futbolçular daha rahat çıxış edirlər. Səfərə oyundan 2 gün öncə gedib, süni meydana öyrəşməyə çalışacağıq. Hazırlığı "Səbail"in meydanında keçmək istəmirik, çünki zədə təhlükəsi var. Bu riskə girə bilmərik. Futbolçu olduğum vaxt bunun əziyyətini çox çəkmişəm".

Namik Ələskərovun zədəsi barədə danışan Abasov futbolçunun Türkiyəyə yollandığını bildirib: "Orada üzünə xüsusi maska hazırlanacaq. Bundan sonra Bakıya qayıdacaq".

Abasov transfer işlərinin davam etdiyini söyləyib: "Yaxın vaxtlarda bəzi məsələlərə aydınlıq gələcək. Amma onu deyim ki, futbolçular buraya gəlmək istəmirlər. Bəzən araya agentlər girirlər. Bir neçə futbolçu ilə şəxsən özüm danışmışam. Bu gün, sabah deyə-deyə gəlməyiblər. Düzdür, özümüzdə də müəyyən problemlər var. Amma transferlər mütləq olacaq".

Mütəxəssis final fitindən sonra Mamadu Kane və Mamadu Mbocla aralarındakı söhbəti də açıqlayıb: "Uşaqlar üzgün vəziyyətdə idilər. Kane deyirdi ki, bu gün biz udmalı idik. Ona vəziyyəti başa salırdım. Mamadu Mboc da tərcümə edirdi".

Baş məşqçi oyun ərzində elə də yaxşı təsir bağışlamayan Mamadu Mboc və Sezar Meza Kollini bilərəkdən yox, layiq bildiyi üçün əsas heyətdə oynatdığını da vurğulayıb.(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X