13:30 04.08.2021 945

Qarabağa qayıdış: "Qubadlıya güləş mütləq qayıdacaq!"

İşğaldan azad olunan Qarabağ ərazisi müxtəlif idman növlərinin inkişafı üçün əlverişli təbii xüsusiyyətlərə və ənənələrə sahibdir. Xüsusən Azərbaycanda çox populyar olan döyüş növləri üzrə vaxtı ilə zonada nüfuzlu idmançılar yetişib. 

Bu mənada ilk yada düşənlərdən biri Qubadlı güləş məktəbidir. Bahadur pəhləvan - Bahadur Həziyevdən başlayan ənənənin Milli Qəhrəman, SSRİ udman ustası Əliyar Əliyev, dünya çempionu, Afina Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Heydər Məmmədəliyev(hər iki titulu Rusiya adına qazanıb), ordu generalı Mayis Bərxudarov kimi tanınmış ardıcılları olub. 

Bahadur Həziyev kimdir?

1926-cı ildə indiki Qubadlı rayonun Qəzyan kəndində doğulan Bahadur Həziyev dəfələrlə Azərbaycan çempionu adına layiq görülüb. Yunan-Roma güləşi, sərbəst güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alıb. Habelə el arasında çıxışları ilə xalq pəhləvanı kimi tanınıb.1949-cu ildən başlayaraq Qubadlıda idmanın inkişafı, bu sahədə yeni qüvvələrin yetişməsi üçün əmək sərf edib. Əməkdar məşqçi Qəzyan kəndində yerləşən evinin birinci mərtəbəsində güləş və atletika zalı yaradaraq, gənclərin bu işə cəlb olunmasına başlayıb.

"Qubadlıda dünya səviyyəli güləşçilər yetişəcək"

Fanat.az-a danışan məşhur pəhləvanın nəvəsi, yunan-Roma güləşi üzrə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov işğaldan azad edilən ərazilər minalardan təmizlənib infrastruktur qurulduqdan sonra babasının məktəbini bərpa etmək arzusunda olduğunu bildirib: "Sumqayıtda fəaliyyət göstərən Qubadlı idman məktəbi babamın adını daşıyır. Ancaq bu, bizim üçün  təsəlli əhəmiyyəti kəsb edib. Babamın məktəbini kəndimizdə, öz yerində təzədən qurub-yaratmaq mənim ən böyük arzum olub. Müvafiq qurumların da dəstəyi ilə məktəbin əvvəlkindən də yüksək pilləyə çatması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Əminəm ki, Qubadlıda dünya səviyyəli güləşçilər yetişəcək. Bəzi bölgələr var ki, güləşmək, döyüşmək oranın adamlarının canında, qanındadır. O cümlədən də bizim bölgənin insanları bu cəhətdən fərqlənirlər. Qubadlıya güləş mütləq qayıdacaq".

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X