Ukraynalı sinxron üzgüçülər - Marta Fedina və Anastasiya Savçuk ikilisi Tokio Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıblar. Bu növdə qalib ROK (Rusiya Olimpiya Komitəsi) idmançıları - Svetlana Romaşina və Svetlana Kolesniçenko olublar.
Fanat.Az xəbər verir ki, mükafatlandırma mərasimi zaman maraqlı hadisə yaşanıb. Bürünc medalçılar - Fedina və Savçuk ROK idmançıları kimi təqdim olunublar. Bu zaman zalda çaşqınlıq yaranıb. Bir müddət sonra səhv düzəldilib.