00:20 05.08.2021 524

Tokio 2020: Bir medal, bir final şansı

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, Olimpiadanın 14-cü günündə 2 növ üzrə 2 idmançımız mübarizəyə qoşulacaq.

Karate

Olimpiya Oyunlarının proqramına ilk dəfə salınan karate üzrə Tokioda 3 nəfərlə (hamısı kumite) təmsil olunuruq.

Millimizin üzvlərindən öncə Firdovsi Fərzəliyev(67 kq) tatami üzərinə çıxacaq.

Bakı 2015 I Avropa Oyunlarının qızıl, Minsk 2019-un gümüş mükafatçısı A qrupunda yer alıb. 28 yaşlı idmançımız növbəti mərhələyə vəsiqə uğrunda Eray Şamdan (Türkiyə), Darxan Assadilov (Qazaxıstan), Ali Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə üz-üzə gələcək.

Qaydalara əsasən, qruplarda ilk iki yeri tutanlar yarımfinala adlayacaq. Final uğrunda bir qrupun birincisi ilə digərinin ikincisi üz-üzə gələcək. Yarımfinalda uduzanlar Olimpiya Oyunlarının bürünc medalını boynundan asacaq.

Qalib və mükafatçıların adına gün ərzində aydınlıq gələcək.

Kişilərin kumite yarışları Bakı vaxtı ilə 07:05-də start götürür. Yarımfinal və finallar 15:05-də başlayacaq.

Güləş

Olimpiya Oyunlarına 3 nəfərlə qatılan sərbəst güləş millimizdən ilk olaraq Turan Bayramov (74 kq) xalça üzərinə çıxacaq.

23 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi 1/8 finalda ukraynalı Vasili Mixaylov ilə üz-üzə gələcək.

Bu il böyüklər arasında iştirak etdiyi ilk Avropa çempionatının gümüş mükafatını qazanan 20 yaşlı Bayramov görüşü qələbə ilə başa vursa, 1/4 finalda Frank Çamizo Markes (İtaliya) - Avtandil Kentçadze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

Gün ərzində finalçılar müəyyənləşəcək.

Güləş yarışları 06:30-da başlayır. Yarımfinallara 13:15-də start veriləcək.

Qeyd edək ki, Tokio 2020-yə 44 idmançı ilə qatılan Azərbaycanın hesabında 3 medal var. Ölkəmizə "bürünc"ləri cüdoçu İrina Kindzerska (+78 kq) boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) qazandırıb. 28  təmsilçimiz Olimpiya Oyunları ilə əliboş vidalaşıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2021
19:00

Romeo Bekhem debüt etdi

18:34

Sabiq hakim daha bir kluba "dərs keçdi"

18:15

“Formula-1” Bakıda bu tarixdə keçiriləcək

18:05

"Qalatasaray"da ara qarışdı: Ulduz futbolçu Fatih Terimi özündən çıxartdı

18:00

Türkiyə Superliqası VI tur: "Adana Demirspor"un "Beşiktaş" sınağı

17:47

"Neftçi-2" yenə uduzdu

17:37

Püşkatmanın vaxtı açıqlandı

17:17

TOP çempionatlar: Poqba ötürmə ustasıdır - STATİSTİKA

17:11

Azərbaycan millisi Stiven Kenninin qovulmasına səbəb ola bilər

16:35

"Vüqar Həşimov" Nicat Abbasovun komandasına qarşı

16:17

I Divizionda "təcili" yubanma

15:17

Namik Ələsgərovun yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

15:02

"Pikeni hücumda oynadan adam kimi adam" - Məşqçiyə kinayə

14:28

36 yaşı var, oynamağına bax

14:12

Lempardın dramatik qolu - VİDEO

13:51

Rafael Ağayev və İrina Zaretska Moskvaya gedir

13:35

APL: Keşlədə başlayıb Sumqayıtda bitəcək

13:20

AFFA Cavadovu təbrik etdi

13:12

İspaniya La Liqası VI tur: Tur lider dəyişikliyi ilə başlaya bilər

12:40

Markos Alonso: "Diz çökməyəcəm"

12:12

Millimizin lideri son görüşlərini keçirəcək

12:02

Məşqçisi Nəriman Abbasov üçün nə istədi? - "Sahib çıxsınlar"

11:59

İngilis futbolçu Polşa millisini seçdi

11:45

İtaliya A Seriyası V tur: "Fiorentina" "İnter"i qonaq edəcək

11:28

"Omoniya" əlavə vaxtda sevindi

11:20

Transfer şayiələri: Saka uğrunda mübarizə

11:14

Zabit Səmədov növbəti döyüşünə çıxacaq - FOTO

11:05

UFC Həbibi təbrik etdi - FOTO

10:58

40-cı qol, 5-ci dubl

10:44

"Bursaspor" Tamer Tunadan imtina etdi - SƏBƏB

10:28

Elnur Əşrəfoğlunun son durumu açıqlandı

10:15

Almaniyadan qovulan "Kayrat"ın sabiq çalışdırıcısı Kiprə üz tutdu

09:52

"Vüqar Həşimov" uğurun ardını gətirə bilmədi

09:48

"Qarabağ"ın rəqibi "ayın ən yaxşısı" seçildi

09:35

Millimizin hücumçusu Portuqaliyada qol hesabını açdı

09:24

Ozobiç - "Sumqayıt" 2:0 - VİDEO

08:15

İsgəndərlinin komandası sonuncu pilləyə yuvarlandı

08:00

Araz sabiq klubuna uduzdu

01:42

"Barselona" evdə xal itirdi - VİDEO

01:07

La Liqa: "Barselona" son dəqiqədə məğlubiyyətdən xilas oldu

Facebookdan bizi izləməyi unutmayın.