Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin daha 7 oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə "Qalatasaray"ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağında da qələbəyə həsrət qalıb. İstanbul təmsilçisi evdə Şotlandiya "Sent Conston”unun müqavimətini qıra bilməyib.
Şotlandiyanın digər təmsilçisi "Seltik" isə Çexiyada "Yablonets”i məğlub etməyi bacarıb. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sını minimal hesabla üstələyibsə, "Anortosis" Avstriyada "Rapid"lə görüşdə darmadağına məruz qalıb.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
5 avqust
"Kayrat” (Qazaxıstan) - "Alaşkert” (Ermənistan) 0:0
"Yablonets” (Çexiya) - "Seltik” (Şotlandiya) 2:4
"Linkoln” (Cəbəllütariq) - "Slovan” (Slovakiya) 1:3
"Omoniya” (Kipr) - "Flora” (Estoniya) 1:0
"Qalatasaray” (Türkiyə) - "Sent Conston” (Şotlandiya) 1:1
"Mura” (Sloveniya) - "Jalgiris” (Vilnüs, Litva) 0:0
"Rapid” (Vyana, Avstriya) - "Anortosis” (Kipr) 3:0
Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq.