"Tottenhem"in baş məşqçisi Nunu Eşpiritu Santu (Nuno Espirito Santo) hücumçu Harri Keynin məşqləri boykot etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis "Sky Sports"a danışıb.
"Tezliklə Harri ilə danışacam. Hələ bu imkanım olmayıb. Əvvəlcə problemləri həll edək, sonra jurnalistlərə məlumat verəciləcək. Bu, mənim fikir bildirəcəyim məsələ deyil, klubda qərar verilməlidir. Bu mövzunun ictimai müzakirəsindən qaçmağa çalışmalıyıq. Vacib olan məsələlərə diqqət yetirib, onunla məşğul olmalıyıq. Klub həll yolunu tapmağa çalışır. Mövsümöncəsi klublar üçün çətin olur. Bir çox futbolçunun AVRO-2020-də oynaması da məşqçilər üçün çox problem yaradıb", deyə Santu qeyd edib.
Xatırladaq ki, Harri Keyn azad agent statusu almadığına görə "Tottenhem"in təlim-məşq toplanışına qatılmayıb.
Emin Şəmsiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.