Argentinalı hücumçu Lionel Messi bu gün "Barselona" ilə yeni müqaviləyə imza atacaq.
Fanat.Az "Goal.com"a istinadən xəbər verir ki, imzalama mərasimində Messinin atası da iştirak edəcək. Müqavilənin 2026-cı ilə qədər qüvvədə olması gözlənilir.
Beləliklə, argentinalı futbolçu "Gamper Kuboku"nda "Yuventus"a qarşı oyunda iştirak edəcək.
Məlumatda qeyd olunub ki, "Barselona" La Liqa tərəfindən komandaya ayrılan 280 milyon avronun 42 milyonunu transfer və əməkhaqqlarına ayıracaq. Messi isə öncədən anlaşdığı kimi çətin günlərində kluba dəstək üçün əvvəlki əməkhaqqısının yarısını almağa razılıq verib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol