Fransa mətbuatı “Lans” klubunu almaq üzrə olan azərbaycanlı iş adamı Hafiz Məmmədovu diqqətdə saxlayır. Azerisport.az xəbər verir ki, bu arada “Bakı”nın prezidenti ilə əlaqədar əfsanəvi fransız futbolçu Jan-Pyer Papenə müraciət edib.
Papen qeyd edib ki, Məmmədov bir çox zəngin adamdan xeyli dərəcədə fərqlənir: “O özünü yuxarıdan aparmır, çox sadə insandı. Onun otağına daxil olanda elə bil başqa bir dünyaya düşmüsən”.
Papen “Bakı” və “Lans” arasındakı əməkdaşlıqdan bərk təşvişə düşən və etirazlara başlayan erməni lobbisinin də cavabını verməyi unutmayıb: “Azərbaycanlılarla tarixi münasibətləri nəzərə alsaq, ermənilərin reaksiyasını başa düşürəm. Amma buna son qoymaq lazımdı. Mən hələ indiyə qədər Fransa klublarına investisiya yatıran rusların əleyhinə bircə dəfə də olsun, etiraz eşitməmişəm. Məsələn, İngiltərədə də klublara xarici dövlətlərdən çoxlu maliyyə yatırımı olur. Bu, normal bir şeydi”.
“Lans”ın sabiq futbolçusu Coselin Blanşar isə qeyd edib ki, Məmmədovun öz işinə bağlılığı və yeni ideyalarla çıxış etməsi onu yaxşı mənada təəccübləndirib: “O, yaxşı idarəçidir və alicənab insandır. Onunla görüşəndə məni az qala öz böyüyü kimi qarşıladı”.
İdman24.az