"Sabah" bu gün növbəti yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu "Bank Respublika Arena"da "Qəbələ" ilə üz-üzə gəlib.
Görüş Qəbələ komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərindən Coy-Lans Mikkels və Timeko Fofana fərqlənibsə, qonaqların heyətində Rövlan Muradov dubl edib. Murad Musayevlə İsnik Alimi isə hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.
Nihat