"Neftçi"nin Avropa Liqasının 3-cü təsnidat mərhələsindəki rəqibi HİK Finlandiya çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Helsinki təmsilçisi səfərdə KTP ilə üz-üzə gəlib.
1:0 hesablı qələbə qazanan paytaxt klubu Finlandiya birinciliyində liderliyini davam etdirir.
Bakıdakı oyunda HİK-lə 2:2 hesablı heç-heçə edən "Neftçi" Finlandiyadakı cavab matçına avqustun 12-də çıxacaq.
Nihat