Argentinalı ulduz futbolçu Lionel Messi keçmiş klubu "Barselona"dan olan ən yaxın dostları üçün vida şam yeməyi təşkil edib.
Fanat.Az bildirir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Futbolçu yalnız yaxın hesab etdiyi dostlarını evə dəvət edib. Naharda Serxio Aquero (Sergio Aguero) Serxio Busquets (Sergio Busquets) Jerar Pike (Gerard Pique) və Jordi Alba qatılıb. Futbolçular ailəvi olaraq görüşüblər. Naharda "Barselona" nın digər oyunçularının olub -olmaması barədə məlumat verilmir.
Xatırladaq ki, avqustun 5-i "Barselona" klubu Lionel Messi ilə müqavilənin baş tutmayacağı haqda məlumat vermişdi.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol