Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 9 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Villian (Willian)
1988-ci ilin bu günü UEFA Kubokunun qalibi (2009), 4 qat Ukrayna çempionu (2008, 2010, 2011, 2012), 3 qat Ukrayna Kubokunun qalibi (2008, 2011, 2012), 3 qat Ukrayna Super Kubokunun qalibi (2008, 2010, 2012), Ukrayna çempionatının ən yaxşı oyunçusu (2011), İngiltərə çempionu (2015), İngiltərə Liqa Kubokunun (EFL) qalibi (2015), braziliyalı futbolçu Villian Borjes da Silva dünyaya göz açıb.
Roy Hocson (Roy Hodgson)
Bu gün həm də futbol üzrə İngiltərə millisinin sabiq baş məşqçisi Roy Hocsonun doğum günüdür. 74 yaşlı mütəxəssis 1947-ci ildə İngiltərənin Kroydon şəhərində anadan olub.
Baş məşqçi olaraq - dördqat İsveç çempionu (1976, 1979, 1986, 1988), iki dəfə İsveç Kubokunun qalibi (1986, 1989), Danimarka çempionu (2001), Danimarka Super Kubokunun qalibi (2001), Avropa Liqasının ikincisi (2010), İngiltərə Premyer Liqasının Futbol Məşqçiləri Assosiasiyası tərəfindən ilin məşqçisi (2010) kimi titullara yiyələnib.
Filippo Inzagi (Filippo Inzaghi)
1973-cü il avqustun 9-u Dünya Çempionu (2006), Avropa çempionatının gümüş mükafatçısı (2000), gənclər arasında Avropa çempionatının (1994), 2 dəfə Çempionlar Liqasının (2003, 2007), 2 qat UEFA Super Kubokunun (2003, 2007), Klublararası Dünya Çempionatının (2007), Intertoto Kubokunun (1999), 3 dəfə İtaliya çempionatının (1998, 2004, 2011), İtaliya Kubokunun qalibi (2003), İtaliya Super Kubokunun qalibi (1997), İtaliya çempionatının bombardiri (1997) futbolçu Filippo İnzagi dünyaya göz açıb.
"Yuventus" və "Milan" kimi klublarda forma geyən hücumçu karyerası ərzində 468 oyuna 197 qol vurub.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol