13:24 09.08.2021 2845

“O, indiyədək rəqibim idisə, bundan sonra düşmənimdir" - Rafael Ağayev

Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev vətənə geri dönüb.
 
Fanat.Az xəbər verir ki, Heydər Əliyev aeroportunda jurnalistlərə danışan 75 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı olimpiadada çıxışını dəyərləndirib: "Bu il 2-3 yarışda iştirak etmişdim. Tokio olimpiadası 1,5 aydan sonra ilk yarışım idi. Rəqiblərim çətin olsa da, qrupdan çıxmağı bacardım. Bu yarışı çox yaxşı hiss etdim. İkinci olmağıma baxmayaraq, tam formada idim. Hələ Bakıdan Tokioya yola düşəndə demişdim ki, mən ora gümüş yox, qızıl medal üçün gedirəm. Qismət Allahdandır. Bu günümüzə şükürlər olsun. Bundan da pis ola bilərdi, vətənə medalsız da qayıda bilərdik. Bu, tək mənim yox, bütün Azərbaycanın və müsəlmanların qələbəsidir".

Karatenin ilk dəfə olimpiya oyunlarının proqramına salınmasına toxunan Ağayev bu idman növünün 2024-cü ildə Parisdə keçiriləcək olimpiadada olub-olmayacağının bilinmədiyini söyləyib: "Karate yarışlarından sonra iclas olub. Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinos bu idman növünün Parisdəki yarışın proqramında yer alması üçün daha böyük addımlar atır. Alınsa, orada da çıxış edəcəyəm".

Noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatının keçiriləcəyini xatırladan titullu idmançı olimpiadanın finalında uduzduğu italiya Luici Busadan revanş almaq barədə düşünmədiyini vurğulayıb: "Təqribən 3 aydan sonra dünya çempionatı keçiriləcək. Özümü yaxşı hiss edirəm. Allah bütün idmançılarımızı, hamımızı qorusun. Düşünürəm ki, orada da iştirak edəcəyəm. Heç bir rəqibimi aşağılamıram və Busadan revanş almaq barədə düşünmürəm. Çünki 11 dəfə mən qalib gəılmişəm, bir dəfə italiyalı idmançı. Sadəcə, Busa indiyədək tatamidə rəqibim idisə, bundan sonra düşmənimdir".

Qeyd edək ki, Azərbaycan üç karateçi ilə qatıldığı olimpiadada iki gümüş medal qazanıb. Rafael Ağayev və İrina Zaretska yalnız finalda uduzaraq, ikinci olub.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X