UEFA Avropa Konfrans Liqasının 3-cü mərhələsinin "Qarabağ” – AEL (Kipr) matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Fanat.Az xəbər verir ki, avqustun 11-də əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. Qurbanovun konfransı saat 18:00-da olacaq.
Saat 19:30-dan etibarən isə AEL-in baş məşqçisi Duşan Kerkesin mətbuat konfransı başlayacaq.
"Qarabağ” – AEL matçı avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Tərəflər arasında Kiprdəki ilk matç 1:1 hesabıyla nəticələnib.
Mirağa