İkinci dövrə hazırlıqlarını davam etdirən "Araz" müdafiə xəttini gücləndirib. Fanat.az xəbər verir ki, Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda bu dəfə mərkəz müdafiəçi Ruslan Zubkovu heyətinə cəlb edib.
"Turan"da oynamış ukraynalı futbolçu ilə Naxçıvan təmsilmisi artıq 1 illik müqavilə imzalayıb. Klubun rəsmi saytına açıqlamasında Ruslan bunları dilə gətirib: "Azərbaycan çempionatı mənim üçün yad deyil. Uzun müddət burda top qovmuşam. İndi "Araz"ın uğurları üçün çalışacam. Komandada əla ab-hava var. Eyni zamanda gənc futbolçulara daha çox güvənən baş məşqçi Əsgər Abdullayevin də işini bəyənirəm. Məşqçi kimi bizə çox köməkliyi dəyəcək. Komandamızın mövsümün sonunda çempion olacağını indidən deyə bilərəm. Çünki mükəmməl heyətimiz və istedadlı futbolçularımız var".
Fanat.az