"Sabah” 2021/2022 mövsümü üçün oyun və məşq geyim dəstlərini təqdim edib.
Fanat.Az xəbər verir ki, yeni mövsüm üçün oyun formaları ağ və göy rəngdədir. Formalarda Vətən müharibəsindəki şanlı qələbəmiz və şəhidlərimizin əziz xatirəsinə ithafən Xarıbülbül simvoluna yer verilib.
"Nike” şirkətinin istehsalı olan oyun və məşq geyim dəstləri tezliklə klubun onlayn mağazasında satışda olacaq.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.